Düşmənə qalib gəldik, lakin rüşvətə qalib gələ bilməmişik – Sabir Rüstəmxanlı

“Müharibədən sonra yeni Azərbaycan yaranıb”.

Bakupost.az -n məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.
O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır:
“Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.

“Torpaqlarımızın müdafiəsi məsələsində əksər partiyaların bir araya gəlməsi müharibədə qələbəyə təsir edən amillərdən biri olub”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, son 30 ildə Azərbaycanda normal dialoq mühiti yaratmaq 2020-ci ildə baş tutub. ATƏT-in Bakı nümayəndəliyi seçki ərəfələrində siyasi partiyaları bir araya yığırdı. Onların bu təşəbbüsünə qiymət vermək üçün hesab edirəm ki, Minsk qrupunun fəaliyyətinə baxmaq kifayət edir. Bu illər ərzində dialoq çağırışı hakimiyyətdə olmayan partiyalardan gəlib. Hakimiyyət nəzərə almalıdır ki, dialoq sülhə töhfə verir. Belə bir təklif isə Azərbaycan Prezidentindən müharibə zamanı gəldi. Bir çox siyasi partiyalar isə bu təklifə müsbət reaksiya verdi”.

Bütöv yazını göstər
Back to top button
Close