“Bu barədə icra başçısını məlumatlandırdım…Camaata hansı yolla olur-olsun, su verilməlidir…”

Bu gün Neftçaladaydım. Rayon icra başçısı Mirhəsən Seyidovla görüşüb Kürün quruması, Xəzər suyunun çayı şorlaşdırması, koronovirusdan qorunmaq üçün görülən tədbirlər, əhalinin içməli su ilə təmin edilməsi üçün görülən tədbirlər barədə söhbət etdik. Neftçalaya su kəmərinin çəkilişi payızın ortalarına qədər uzanacaq. Bu arada camaata hansı yolla olur-olsun, su verilməlidir. Su maşınları çatışmır. Neftçaladakı ağır durum “Azərsu” Səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovla MM-də keçirilən görüşdə də müzakirə edilmişdi. Bu barədə icra başçısını məlumatlandırdım.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun fikrincə, rayonu bu çətin vəziyyətdən çıxarmaq üçün kəsə yollardan biri tezlikıə müxtəlif bölgələrdə artezian quyularının qazılmasıdır.

“Başqa mühüm iş Kür çayının deltasında cənuba meyllənib Xəzərə tökülən ikinci qolunun bərpası və ya açılmasıdir. İndiki halda Kürün dənizə tokülən yatağı xəzriyə açıqdır və külək qalxan kimi çay yenə şor su ilə dolacaq. Bu, həmin bölgədə yaşayan ağsaqqallarıın fikridir…Gün ərzində neftçalalılarla görüşdüm, sonra Kürün dənizə tokülən yerinə getdim. Bu böyük heyvandarlıq bölgəsində qızmar günün altında xırdavatın, iribuynuzlu mal-qaranın çay yaxasına dağılıb vurnuxa-vurnuxa içməli su axtardığının şahidi oldum.Sonra Həsənabad kəndində abadlaşdırmaq qərarına gəldiyimiz Şəhidlər, Qəhrəmanlar parkında görülən işlərlə tanış olduq…Və nəhayət, onu da qeyd edim ki, heç yerdə təhlükəsizlik tədbirlərini unutmadıq…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Bütöv yazını göstər
Back to top button
Close