Bölgələrdə VHP-nin yerli təşkilatları toplantı keçiriblər- FOTO

Biləsuvar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Biləsuvar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
Təşkilat sədri Məharət Ağayev çıxışında ölkədə baş verən siyasi olaylar, qarşıda duran vəzifələr və partiyanın fəaliyyətindən danışaraq bu günlərdə Londonda Azərbaycan səfirliyinə edilən hücuma xüsusi diqqət çəkdi. O çıxışında hadisənin Azərbaycan dövlətinə qarşı yönəldiyini qeyd edərək ictimaiyyətin olaya sərt reaksiyasının yerində olduğunu və VHP-nin bu məsələdə dövlətin yanında olduğunu qeyd edib. Məclidə həmçinin son günlər Qarabağda, həmçinin sərhəd boyu ərazilərdə erməni separatçıların törətdiyi təxribatlar müzakirə edilib və çıxışlarda bildirilib ki, Rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçı silahlı qruplar tərki silah edilməlidirlər. Ərazilər tam formada Azərbaycan dövlətinin tərkibinə verilməlidir. Toplantıda həmçinin ölkədəki sosial-iqtisadi durum müzakirə edilib, hökumətin gözlənilən böhranın qarşısını almaq üçün təxirəsalmaz tədbirlər görməsinin vacibliyi bildirilib. VHP-nin yaranmasının 30 illiyi ilə bağlı müzakirələrdə bildirilib ki , Biləsuvar rayon təşkilatı ilk yaradılan rayon təşkilatıdır. Bu tədbirə ciddi hazırlaşmağın və təşkilati işlərin gücləndirilməsinin zəruriliyini qeyd edilib.
Sonda təşkilati məsələlər müzakirə edilib. Partiyaya yeni üzvlər qəbul edilib.
***

Ucar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ucar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər, bölgədə baş verən olaylar müzakirə edilib.

Rayon Təşkilatının sədri Badam Məmmədova çıxışında ictimai-siyasi proseslər, son günlər bölgədə və ölkədə baş verənlərdən danışıb. O məclis üzvlərini siyasi proseslərə VHP-nin yanaşması, rayon təşkilatının fəaliyyəti barədə məlumatlandırıb . Qarabağda baş verən təxribatların maraqlı qüvvələrin etdiyini, bu məsələləri törədənlərin niyyətlərinin sülh danışıqlarını pozmaq olduğunu ifadə edən Badam xanım Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra tam təhlükəsiz yaşayacaqlarını bildirib. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bölgədəki qanunsuz silahlı birlikər olub. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
Təşkilat sədrinin müavini Elxan Məmmədov çıxışında rayon təşkilatının fəaliyyətindən bəhs edib, bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Bu əlamətdar olayın Ucar təşkilatında da qeyd olunmasının vacibliyini vurğulayıb.
Sonda təşkilati məsələlərə baxılıb. Partiya sıralarına yeni üzvlər qəbul edilib.
Yığıncaqdan sonra Məclis üzvləri Qəzyan kəndində Vətən müharibəsi şəhidi gizir Ələkbərov Vüqar Telman oğlunun məzarını ziyarət edib. Şəhidimizin ruhi şad olsun.
****
Şamaxı/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şamaxı rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.
Təşkilat sədri Ədalət Məmmədov rayon təşkilatının fəaliyyəti barədə danışaraq bildirib ki, bu il partiyanın 30 yaşı tamam olur. Şamaxı rayon təşkilatı ilk təsis olunan yerli təşkilatlatdan biridir. Biz 30 ildir bu yolu şərəflə gəlirik. Yolumuz millətə xidmət yoludur.
Ədalət Məmmədov VHP-nin 30 illik üzvü olmasını qürurunu yaşadığını bildirib.
Təşkilat sədri ölkədəki ictimai-siyasi durum barədə çıxış edib, son günlər cəbhə bölgəsində və Qarabağda yaranan vəziyyətə diqqət çəkib. O, bildirib ki, ordumuz bir sıra yüksəklimləri düşməndən azad edib. Erməni təxribatlarının qarşısı tam alınmalı, suveren ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bölgədə sülh və əminamanlıq öz həllini tapmalıdır.
Sonda təşkilati məsələlərin müzakirəsi keçirilib, partiyaya yeni üzvlər qəbul edilib.
****
Naftalan/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naftalan şəhər təşkilatının Məclisinin növbəti yığıncağı keçirilib.
Şəhər təşkilatının sədri Nizaməddin Şirinov ölkədəki ictimai-siyasi durum, iqtisadi məsələlərlə bağlı məruzə edib. Naftalandakı vəziyyət, əhalinin vəziyyəti, təşkilatın fəaliyyətindən danışan Nizaməddin bəy ölkədəki iqtisadi vəziyyət, işsizlik məsələlərinə toxunub və son dövrlər müşahidə olunan bahalaşmadan söz açıb. Bildirib ki, bu bahalaşma insanların dolanışığına, az təminatlı və işsiz insanların gündəlik güzaranına mənfi təsir etdiyini bildirib. Təcili tədbirlərin görülməsinə, monopliyanın aradan qaldırılmasının vacibliyinə toxunub.
Məclisdə təşkilatın fəaliyyəti, qarşıdan gələn 30 illik yubiley və Naftalandakı vəziyyət müzakirə edilib. Yığıncaq partiyaya yeni üzvlərin qəbulu ilə yekunlaşıb.
Bütöv yazını göstər
Back to top button
Close