Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103 və 2009-cu ildə isə 115 , 2019-cu ildə 6 nəfər üzv seçilib. Hazırda Partiya üzvləri Sumqayıt, Bərdə, Göyçay, Neftçala şəhərləri, Bakının Qızıldaş və Beyləqanın Orta Əlinəzərli bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kampaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.