VHP yeni qurumda təmsil olunmayacaq

Sabir Rüstəmxanlı: “İçdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda sıradan çıxır”

 “Azərbaycan müxalifətinin son illərdə dəfələrlə müxtəlif qurumlarda birləşib-ayrılmasını o qədər görmüşük ki, indi hər hansı bir  yeni birlikdə təmsil olunmaq fikrimiz yoxdur”-  vhp.az xəbər verir ki, bunu  açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı  müxalifət partiyasının təsis etdiyi Demokratik Qüvvələrin Məşvərət Məclisinə münasibətini bildirərkən deyib. 

VHP sədri qeyd edib ki, içdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda yarandığı kimi də  sıradan çıxırlar: “Ona görə də indi  biz bir partiya olaraq, vaxtımızı bu cür proseslərə sərf etmək istəmirik”.

S.Rüstəmxanlının sözlərinə görə, DQMM-in  məlum yığıncağında VHP-nin də nümayəndəsi iştirak edib, amma bu o demək deyil ki, partiya sözügedən qurumun rəsmi üzvüdür:  “VHP təmsilçisi DQMM-in yığıncağında iştirak edib. Amma eyni zamanda, ciddi, qəti bir birlik yaranmayana qədər bizim hansısa  bu tipli qurumlar da təmsil olunmağımız mümkün deyil,  bizim belə bir fikrimiz yoxdur. Əgər səmimi, ciddi bir niyyət olsa, müxalifət arasında ciddi bir  birlik, təşkilat yaransa, onda biz o məsələyə baxa bilərik və baxacağıq…”.

Bütöv yazını göstər
Back to top button
Close