Almas Qəhramanlı MSK üzvü
|
Tanıtım:
Almas Əlisultan qızı Qəhramanlı 1961-ci ildə Qubadlı rayonun Milanlı kəndində ziyalı ailəsində anadan olub. 1979-ci ildə Bakı şəhəri 1 saylı Fizika- Riyaziyyat təmayüllü Məktəbi, 1985-ci ildə isə Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsini bitirmişdir. 1989-ci ildə başlanan Xalq Hərəkatının fəal üzvlərindən olub. 1985-ci ildə təyinatla “Ulduz” Elm İstehsalat Birliyinə gönrərilmiş, orda müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə VHP üzvüdür. 1997-2006-ci ci illər ərzində partiya Təşkilat Şöbəsinin müdiri, eyni zamanda partiya Ali Məclisinin və Siyasi Şurasının üzvü olub. 2006-cı və 2011-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. |