Abdulla Əmir Haşimi Cavanşir-70
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir: “İranda yaşadığı illərdə başı müsibətlər çəkmiş, həbslərə düşmüş, nəhayət, gizli yollarla Bakıya, buradan isə Avropaya mühacirət etmiş dəyərli ziyalımız Abdulla Əmir Haşimi Cavanşirin 70 yaşı tamam olur. Abdulla Haşimi ötən əsrin 70-ci illərindən, hələ gənc yaşlarından Azərbaycanın güneyində milli istiqlal və hürriyyət uğrunda mübarizənin ön sıralarında olmuş, gizli təşkilatlardan tutmuş açıq siyasi təbliğatadək fəaliyyətdə olmuşdur. Texnoloji ixtisasa yiyələnməsinə baxmayaraq, Abdulla Əmir Haşimi milli-mənəvi dəyərlərimizlə bağlı, Ana dilimizin qorunması sahəsində böyük xidmətlər göstərmişdir. Onun Azərbaycan-türkcəsinə dair tərtib etdiyi lüğətlər və sözlərin dəqiq mənasını öyrənərək yeri-yerində işləilmsi üçün Güney Azərbaycan boyunca apardığı fədakar fəaliyyət əvəzolunmazdır. Abdulla bəin dilimiz, tariximiz, milli mental dəyərlərlə bağlı araşdırmaları böyük elmi əhəmiyyət daşıyır. Harda yaşamasımdan asılı olmayaraq Aabdulla Əmir Haşimi Azərbaycan üçün, Azərbaycan naminə çarpışmışdır. Onunla Dünya Azərbaycanlıları Konqresində birgə fəaliyyətimiz bu böyük mübarizə və fikir adamımızın Vətən sevgisini bir daha göstərdi. Abdulla bəyi doğum günü münasibətilə təbrik edir , ona Bütöv və Azad Azərbaycanda yaşamağı diləyirik”.