Əlövsət Əliyev
Ölkədaxili miqrasiya ölkə əhalisinin könülülük əsasında ölkə hüdudları cərcifəsində yerdəyişməsidir. Nəzərə alsaq ki, vətəndaşın yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir onda həmin şəxs yaşadıgı ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almalıdır. Qeydiyyata alınmış şəxs haqqında müvafiq məlumatlara uyğun olaraq DİN və Statistika Komitəsi daxili miqrasiya haqqında məlumatları ümumiləşdirir və illik hesabatlar hazırlayirlar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edir və ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
Lakin nəzərə alsaq ki, ölkə əhalisinin 35 – 40 faizə qədəri yaşadıqları ünvana qeydiyyata alınmır onda demək olar ki, ölkədaxili miqrasiya proselərinin tənimlənməsində ciddi problemlər var və mövcud statistika reallıgı əks etdirmir.
Azərbaycan Respublikasında ölkədaxili miqrasiyanın idarəolunmaz vəziyyətdə olması səbəblərini aşagıdakı kimi qruplaşdırmaq olar:
1. Regionlar arasindakı qeyri bərabər həyat şəraiti və iqtisadi vəziyyət daha cox əhalinin xüsusilə kişilərin regionları tərk edərək Bakıya gəlməsinə şərait yaradır. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış “siyasət” əslində ğörülən işlərin deyil, ayırlan pullarin məbləginin hesabatlarda təkrarlanması ilə yadda qaldı. Cünki reqionlarda aparılan tikinti işlərin əksəriyyəti ( məktəblərin tikilməsi, yollarin cəkilişi, bəzi sahibkarlarin öz sərmayələri ilə gördükləri işlər) bu proqrama aid deyil. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası nətinəsində ğözlənilən dəyiçiklik də hələ ki, hec bir regionda hiss olunmur. Regionların iqtisadi inkişafı olmadan isə əhalinin bölgələrdən mərkəzə axının qarşısının alınması mümkün deyil. Bu isə ölkədaxili miqrasiyanın çox böyük hissəsini təşkil edir.
2. Ərazilərin bir hissəsinin işğal olunması nətəcəsində məcburi köckün vəziyyətinə düşənlərin işgal olunmuş ərazilərədə qeydiyyatda qalması siyasi baxımdan cox əhəmiyyətlidir. Lakin 20 il müddətinə məcburi köckünlərin məskunlaşdığı ərazilərə inteqrasiya olunmadığını iddia edən və onlara yardımların davam etdirilməsini tələb edən məmurlar əslində məcburi köçkünləri təhqir edir. Bəzi məmurlar məcburi köckünlərdən istifadə etməklə büdcəni talayır və cox böyük qazanc əldə edirlər. Məhz buna gorə də məcburi köckünlərin haqqında bu vaxta kimi mərkəzləşmiş məlumat bazası mövcud deyil. Onlar tərəfindən tutulan tikililər, onlara məxsus özbaşına tikililər, dövlət tərəfindən paylanılan mənzillər haqqaında hər hansı elektron bazadan dəqiq məlumat almaq mümkün deyil.
Fikrimcə məcburi köckunlərin alternativ qeydiyyatı ilə baglı məlumat bazası yaradılmalı, onların harada məskunlaşması, kimin hansı məktəbdə oxuması, onların adlarına olan özbaçına tikililər haqqında məlumatlar dəqiqləşdirilməlidir. Məcburi köckünlərə məxsus özbaçına tikililər sənədləşdirilməli və onlar həmin ünvana qeydiyyata alınmalıdırlar. Neft fondundan və büdcədən bu sahədə olan ayırmalara nəarət edən və ya alternativ hesabatlar hazırlayan təşkilatlar mövcud deyil. Belə olsaydı Avropada qacqın statusu ilə yaşayan yüzlərlə məcburi köckün ailələlərinin adlarının adı eyni zamanda yardım alan məcburi köckünlərin siyahısında olması kimi faktlar mövcud olmazdı.
3. Bəzi bölğədəki ekoloji problemlər də əhalinin kütləvi yerdəyişməsinə səbəb olur. Xüsusən Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax ) torpaqların kütləvi şoranlaşmasına və kənd təsərrüfatlı təyinatlı torpaqların azalması və məhsuldarlığın cox aşagı olmasına, Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları), Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları) altetnativ su mənbələri tapmaqdansa mövcud tarixi su mənbələrinin bir qrup təərfindən mənimləsinləməsi, çaylarin və su mənbələrin təyinatinin dəyişdirilməsi kütləvi olaraq meşələrin və otlaq sahələrinin qurumasına gətirib cıxarır. Bu da kənd təsərrüfatı və heyvandarlıgın inkişafına ciddi ziyandır. Bu isə əhalinin iqtisadi vəziyyətinin agırlaşmasına və qeydiyyatda oldugu yaşayış məntəqəsini tərk etməsinə şərait yaradır.
4. Bəzi yaşayış məntəqələrində yaşayış üçün minumum şəraitin olmamağı insanların yerdəyişməsi əsaslarından biridir. Bəzi rayonlarda və kənd evlərində yaşamaq ücün minumum şəraitin hətta elementar qızdırıcı sistemin, texniki və ya icməli suyun olmamağı insanların kütləvi köcünə səbəb olur. Demək olar ki, Azərbaycanın bütün rayonlarında bu problem var. Suyu evinə vedrə ilə və ya səhənglə daşıyan şəxslərin informasiya almaq imkanları geniş oldugundan bu həyata birdəfəlik yox deməklə yaşayış yerini Bakıya dəyişir və qeydiyyatsız olaraq Bakıda və ya ətraf kəndlərdə yaşamaga məcbur olur.
5. Daxili miqrasiyaya nəzarətin mümkünsüzlüyünə şərait yaradan hallardan biri də vətəndaşlara məxsus öbaşına tikililərə sahiblərinin qeydiyyata alınmamaları ilə baglıdır. Bakı və ətraf kəndlərdə son 20 ildə tikililən yaşayış evlərinin az qala 60 faizindən çoxunda yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşayırlar. Ölkə başcısı tərəfindən bu evlərin sənədləşməsinə dəfələrlə cəhdlər olsa da hələ də bu məsələ problem olaraq davam etməkdədir. Belə vətəndaşların tikdikləri və yaşadıqları evlərə qeydiyyata alınmamaqları onların mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, əmlak və torpaq vergisindən yayınanların sayinin artmasına kömək edir.
6. Ölkədaxili miqrasiyanın tənzimlənməməsi səbəblərindən biri kimi ev və ya mənzil sahiblərinin vergidən yaynmaları ilə baglıdır. Evlərini kirayə verənlər gəlirlərini vergidən gizlətsinlər deyə kirayə müqaviləsi baglamamaq və bununla da kirayəşinin həmin unvanda qeydiyyatsiz yaşamasına şərait yaratmaqda maraqlıdırlar.
Ölkədaxili miqrasiyanın tənzimlənməməsi səbəblərini daha da artırmaq olar. Lakin ümid edirəm ki, bu qeydlər Prezident Administrasiyasının, Milli Məclisin, DİN-in, Statistika Komitəsinin, medianın, və ictimayyətin diqqətini cəlb etmək ücün kifayət edər. Ölkədaxili miqrasiyanın tənzimlənməməyi əhali haqqında dəqiq statistik rəqəmlərin olmamağı, vətəndaşların dövlətin yardımından istifadə edə bilməməyi, maraqlı şəxslərin isə dövlət orqanlarının nəzarətindən kənarda olmagı ən nəhayət seçici siyahılarının qeyri dəqiq olmasına gətirib çıxarır.
Qeyd: Bu bir araşdırma deyil. Sadəcə uzun illər Miqrasiya sahəsində fəaliyyət ğöstərən ekspert kimi qənaətimdir.