vhpyardimli VHP YARDIMLI RAYON TƏŞKİLATI

 

 

 

 

TƏŞKİLAT HAQQINDA

VHP Yardımlı rayon təşkilatı 1992-ci ildə təsis olunub. Təşkilatın 800-dən artıq üzvü var. Rayonun 62 kəndində yerli özək təşkilatı fəaliyyət göstərir. Rayon təşkilatını 13 nəfərlik Məclis idarə edir. Təşkilatın sədri Aslan Quliyevdir. Rayon Təşkilatına müxtəlif vaxtlarda Akif Mirzəyev, Zakir Kərimov sədrlik ediblər.

 

RT SƏDRİ

 aslanquliyev

Aslan Quliyev

VHP Yardımlı RT sədri

051 722 29 22

Quliyev Aslan Bulutxan oğlu, -26 sentyabr 1957-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Ibtidai təhsilini öz doğma kəndi Bilnədə, orta məktəbi isə qonşu Vərgədüz kəndində bitirib. Sovet Ordusunun sıralarında Uralda iki il hərbi xidmətdə olub.   Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat fakültəsini bitirib, ixtisasca riyaziyyat müəllimidir.

Ədəbi yaradıcılıqla məşğuldur.   «Bahar küləkləri», («Yazıçı» – 1987), «Serjant mülki geyimdə»  («Mütərcim» -1996), «Yolun sonu», («Açıq dünya»- 2002), «Yazıçının savaşı», («Qanun» – 2006), «Sonuncu» («Açıq dünya» – 2010)  nəsr kitabları işıq üzü görüb. Türkiyədə dörd müəlliflə birgə «Dörd dördluk» adlı nəsr kitabı çap olunub.  Yazıları rus, fars, türk, ingilis dillərinə tərcümə olunub.  «Azərbaycan» jurnalında «Keçmiş döyüşçü və oğlan», «Əyalət yazıçısı», «Köpək balıqları» povestləri, «Sonuncu»   «Yaşıl təpələrin üstündəki buludlar» riomanları, «Ulduz» jurnalında  bir çox povest və hekayələri, digər qəzet və jurnallarda bədii, publisistik  yazıları nəşr olunub. Yazıları almanaxlarda çap olunur,  virtual aləmdə  geniş yayılır.   Yazıları haqqında ölkənin bir çox tənqidçiləri, sənət adamları dövri mətbuatda müntəzəm olaraq öz sözlərini deyiblər.

Tərcümələri də oxucu kütləsinə yaxşı tanışdır. Rus, italyan, ingilis, Amerika, ərəb, fransız, polyak və sair yazıçıların əsərlərini dilimizə çevrib. Con Qalsuorsinin, Stanislav Lemin və digərlərin əsərlərindən ibarət tərcümə kitabları işıq üzü görüb.

Vətəndaş Həmrəyliyi Partiyasının qurucularındandır.

Hazırda VHP Yardımlı  Rayon Təşkilatının sədridir və Yardımlı rayon Texniki yaradıcılıq mərkəzinin direktoru işləyir.

Ailəlidir, iki oğlu, bir qızı  var.

 

 

MƏCLİS

  1. Aslan Quliyev
  2. Zakir Kərimov

3.Emil Məmmədli

  1. Mərdan Dadaşlı
  2. Bəhlül Əliyev
  3. Sadat Adışov
  4. Akif Mirzəyev
  5. Namizəd Muxtarov
  6. Ərşad İsrafilov

10.İldırım Tağıyev

  1. Rafiq Nərimanov
  2. Nəsimi Qəniyev
  3. Eynulla İsmayılov

 

ŞURA

  1. Aslan Quliyev – RT sədri
  2. Zakir Kərimov – RT sədrinin birinci müavini
  3. Emil Məmmədli – RT sədrinin müavini
  4. Mərdan Dadaşlı -RT sədrinin müavini
  5. Bəhlül Əliyev – RT Məclisinin katibi

 

NTK

 

  1. Əliyev Cəala- NTK sədri
  2. Fikrət Şahbazlı
  3. Zakir Fəzailov

 

İCRA APARATI

Ərşad İsrafilov– İcra Aparatının rəhbəri

ÖZƏKLƏR

Rayon təşkilatının tərkibində 62 özək təşkilatı fəaliyyət göstərir.

GƏNCLƏR ŞÖBƏSİ

QADINLAR ŞURASI

BƏLƏDİYYƏ

FOTO

 

ƏLAQƏ

Yardımlı şəh, H.Əliyev küç

051 722 29 22