xankendi-2VHP XANKƏNDİ ŞƏHƏR TƏŞKİLATI

 

 

 

 

 

 

 

XANKƏNDİ

xankendiXankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.  Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, AğdamaXocalıya,Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Daha ətraflı…

TƏŞKİLAT

VHP Xankəndi təşkilatı 2009-cu ildə təsis edilib. Təşkilat üzvlərinin sayına görə partiyanın ən balaca təşkilatı hesab olunur. Təşkilatın 46 üzvü var və 5 özək təşkilatı fəaliyyət göstərir.

ŞT SƏDRİ

 nizamiB

Nizami RƏŞİDOĞLU
VHP Xankəndi ŞT sədri

 

Tel:

 

E-mail:

 

 

 

MƏCLİS

ŞURA

NTK

İCRA APARATI

ÖZƏK TƏŞKİLATLARI

GƏNCLƏR ŞÖBƏSİ

QADINLAR ŞURASI

BƏLƏDİYYƏ

FOTO

ƏLAQƏ