Vətəndaş Həmrəyliyi Partiyasının əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdən ibarətdir.

VHP zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.

VHP seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə öz məqsədlərini həyata keçirməyə çalışır.

VHP Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» qanunu, qüvvədə olan digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən siyasi partiyadır. Könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq VHP-nin təşkili və fəaliyyətinin başlıca prinsipləridir.

Milli birliyi və vətəndaş həmrəyliyinin, sülhünü Azərbaycanın ərazi, mənəvi və geosiyasi bütövlüyünü qorumağın zəruri şərti hesab edən VHP ümumbəşəri siyasi dəyərlər olan azadlıq, bərabərlik və həmrəylik ideyalarına söykənir.
      İnsan hüquqları və azadlıqlarına, demokratiya ideallarına sadiq olan; dünyəvi, hüquqi və demokratik Azərbaycan Respublikasının birliyini və bütövlüyünü hər şeydən üstün tutan; milli və mənəvi dəyərlərimizə inamla bağlanan; Vətəndaş Həmrəyliyi Partiyasının prinsiplərini qəbul edən, partiya Nizamnaməsinin və Məramnaməsinin müddəalarını yerinə yetirməyi öhdəsinə götürən; qanunla müəyyənləşən əngəlləri olmayan; 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı Vətəndaş Həmrəyliyi Partiyasına üzvü ola bilər. 
     VHP-yə üzvü olmaq istəyən hər bir şəxs 3×4 ölçülü 3 ədəd fotoşəkil və şəxsiyyətini təsdiq edən sənədlə yaşadığı və ya işlədiyi rayonun ərazisində fəaliyyət göstərən VHP-nin yerli təşkilatına müraciət edə bilər.

Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmaq istəyən VHP-nin Təşkilat Şöbəsinə və ya rayon təşkilatlarına (http://vhp.az/index.php?type=content&cid=21&subid=) müraciət edə bilər.

VHP ilə əlaqə qurmaq üçün bu linki açmağınız tövsiyyə olunur:

 http://vhp.az/index.php?type=content&cid=31&subid=

Həmçinin, VHP Nizamnaməsinin 5.2 maddəsinə görə, üzv olmaq istəyən internet üzərindən də anket doldurub göndərə bilər.

Bu keçidə baxın:
https://docs.google.com/spreadsheet/viewform?formkey=dHFZakl3MEFEUFFhWTNSZE9fdUdBNVE6MQ 

VHP-yə üzv olmaq istəyən aşağıdakı anket formasını doldurmalıdır.