<                                                                                    Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavinləri

                                                                   Fəzail İbrahimli
                                                       VHP sədrinin İdeoloji işlər üzrə müavini
 

1951-ci ildə anadan olub. Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

1982-ci ildən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.  Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.

1992-ci ildən VHP-nin üzvüdür. Partiya Ali Məclisinin, Siyasi Şurasının üzvü və partiya sədrinin İdeologiya məsələləri üzrə müavi, Milli Məclisin deputatıdır. 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Ailəlidir, üç övladı var.

                                                                   Nurəddin Mehdixanlı
                                                                 VHP sədrinin müavini
  

1956-cı ildə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.

1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin Siyasi məsələlər üzrə müavinidir.

1995 və 2000-ci illər də keçirilən Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad birinci Dairə Seçki Dairəsindən namizədi olub.

                                                                   Elxan Mirzəyev
                                                       VHP sədrinin Beynəlxalq əlaqələr üzrə müavini
  

1946-c ildə   anadan olub. M.F. Axundov adına Pedagoji Xarici Dillər İnstitutunu bitirib. 

Azərbaycan Dövlət Dillər Unversitetinin müəllimidir.  1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.  1992-ci ildən «İngilis dilinin fonetikası» kafedrasının müdiridir.
35-dən artıq Azərbaycanda və xaricdə nəşr olunmuş elmi əsərlərin, məqalə və tezislərin müəllifidir.

1992-ci ildən VHP-nin üzvüdür.  Partiya Siyasi Şurasının üzvü və beynəlxalq məsələlər üzrə sədr müavinidir.

Ailəlidir, iki oğlu var.

 

                                                                          Arif İsmayılbəyli
                                                       VHP sədrinin İctimai məsələlər üzrə müavini
  

1957-ci ildə anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.

1981-1991 – Lənkəranın müxtəlif məktəblərində müəllim və məktəb direktoru vəzifəsində işləyib.  1988-ci ildə başlanan Xalq Hərəkatının Cənub zonasında əsas təşkilatçılarından və fəallarından olub.  1989-cu ildən təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəalarından və  AXC Ali Məclisinin üzvü olub.  1992-1993 – Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

2003-cü ildən VHP-nın üzvüdür. Partiya Ali Məclisinin və  Siyasi Şurasının üzvüdür.

Milli Şuranın və İctimai Palatanın üzvüdür.
Ailəlidir, iki oğlu var.

 

                                                                        Yusif Salmansoy
                                                       VHP sədrinin Təbliğat məsələləri üzrə  müavini
  

1951-ci ildə anadan olub. Bakı Dövlət Unversitetini bitirib.

1988-ci ildən başlanan Xalq hərəkatının ilk təşkilatçılarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından və AXC Sumqayıt şöbəsinin sədri olub.  Sumqayıt şəhər Bələdiyyəsinin üzvü və Ekologiya Komissiyasının sədridir.

2006-ci ildən VHP-nın üzvüdür. Partiya Ali Məclisinin və  Siyasi Şurasının üzvüdür.

Ailəlidir, iki oğlu var.