Telman Sadıqov
VHP Ali Məclisinin üzvü və İqtisadiyyat Şöbəsinin müdiri

Telefon:

055 709 16 86

070 709 16 86

050 535 47 53

E-mail:

Stelman@narod.ru

Telmanazeri2679@mail.ru

Sosial şəbəkələrdə:

http://www.facebook.com/telmans#!/

 

Tanıtım:

 

Sadıqov Telman Cəfər oğlu, 23 avqust 1979 cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsi 26 saylı orta məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” ali peşə istiqamətinin “İstehsalən iqtisadiyyatı və idarəedilməsi” ixtisasına qəbul olub. 2000-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi alıb. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ali peşə istiqamətimim  “İsteehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə magistr pilləsinə qəbul olub. 2008- ci ildə fərqlənmə ilə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə 1995 ci ildə Maştağa Sovxoz-Fəhlə Kooperativində Mühasib şagirdi vəzifəsində başlayıb. 1996-cı ildə həmin idarədə 2-ci dərəcəli iqtisadçı vəzifəsinə keçib. 2001-ci ildə Maştağa Bələdiyyəsinin “Vergi və ödənişlər” şöbəsinə vergi  müfəttişi vəzifəsinə qəbul olub. 2002-ci ildən 2005-ci ilə kimi  BAİB  “İqlim”-in nəzdində yaradılmış Mənzil Kommunal İdarəsində mühəndis vəzifəsində calışıb. 2008-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim vəzifəsində çalışır.

2001-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Xəzər Rayon Təşkilatının üzvüdür.

Müxtəlif vaxtlarda VHP Buzovna özək təşkilatının sədri, VHP Gənclər Təşkilatının katibi, VHP Xəzər (keçmiş Əzizbəyov) rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri olub. 2004-cü ildən VHP Ali Məclisinin üzvü, 2008-ci ildən İqtisadiyyat Şöbəsinin müdiridir.

7 noyabr 2010-cu il tarixdə keçirilən Milli Məclis seçkilərində VHP-nin təşəbbüsü ilə “Demokratiya” siyasi partiyalar bloku tərəfindən namizədliyi  14 saylı Xəzər II Seçki Dairəsindən deputatlığa irəli sürülüb