Rövşən Almuradlı

VHP Siyasi Şurasının üzvü

Telefon:

055 651 50 62

Web:

 

E-mail:

 

Sosial şəbəkələrdə:

https://www.facebook.com/almuradlı

 

   Tanıtım:

 

   Rövşən Əziz oğlu Almuradlı 19 aprel 1954-cü ildə Bakı şəhərində anadan olub.

1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır.1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət nazirliyi nəzdində M.İ.T.İnstitunda ali rejissorluq kursunu bitirmiş , Moskva Dövlət Akademik Satira teatrında təcrübə keçmişdi. Kurs rəhbəri SSRİ xalq artisti V.N.PLUÇEK.

1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1985- 1987-ci illərdə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində təkmillləşdirmə institunda ali rejissorluq kursu bitirmişdir. Həmin illərdə Moskva Akademik Satira teatrında rejissor təcrübəsi keçmişdir. (Kurs rəhbəri SSRİ xalq artisti V. N. Pluçek).

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaratmışdır.

O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin “Vəzifə” tamaşasının quruluşçu rejissoru olmuşdur.

1987-ci ildə Şəki Dövlət Dram teatrında: M.Salimoviçin “Dərviş və ölüm”, 1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin “Bayramın birinci günü”, 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Suleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olmuşdur.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun “Qətl günü”, V. Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş vermişdir.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissorudur.

1990–cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biridir.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olmuşdur.

1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun “Dəlinin qeydləri”, 1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.

1993-1995-ci illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru olmuşdur. 1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümud” bədii filminin müəllifidir.

R.Almuradlı AzTV-nin “Sabah” yaradıcılıq birliyində aşağıdakı film tamaşalara quruluş vermişdir : C.Məmmədquluzadənin “Anamın kitabı”, N.Hacızadənin “Qayalarda qalan səs”, Orxan Fikrətoğlunun “Şəkilçi və şəkilçi”, Şekspirin “Kleopatra” “Telefilm” yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissorudur:

  • “Yaz yuxusunun işiqi”,
  • “Bəsdir aglama”

Film dastanlar:

  • “Abbas və Gülgəz” 7 seriyalı,
  • “Koroğlu”

Sənədli filmlər:

  • “Etnoqrafik etüdlər”,
  • “Qobustan”,
  • “Qax abidələri”,
  • “Padarçöl”,
  • “Molla Cümə”,
  • “Şıx ocağının işığı”,
  • “Qudyalçay”
  • “Göyçə gözəlləməsi”
  • “Yurd” və s..

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissorudur.

2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin quruluşçu rejissorudur.

Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir.

Bakı Bələdiyyə Teatrında:

  • 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə,
  • 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə,
  • 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş vermişdir.

2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş vermişdir.

2013-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2014-cü ildə VHP sədrinin mədəniyyət məsələləri üzrə müşaviri təyin olunub.