Rafiq Manaflı
VHP Ali Məclisinin sədri və
Siyasi Şura üzvü

Telefon:

050 220 32 31

Web:

http://az.wikipedia.org/wiki/Rafiq_Manaflı

E-mail:

r.manafli@mail.ru

Sosial şəbəkələrdə:

https://www.facebook.com/r.manafli

Tanıtım:

 

   Manaflı  Rafiq Hdayət oğlu, 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub.

   1975-1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb.

1980-1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb.

1992-1996 – Özünün təşkil etdiyi “Plastik” kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-in direktorudur.

1988-ci ildə başlanan xalq hərəkatının fəal iştirakçılarından olub.

1989-cu ildə təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıçılarından və  fəal üzvlərindən olub, 1990-1992-ci illərdə AXC-nin Qaradağrayon şöbəsinin sədri, AXC Məclisinin üzvü olub.

1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvüdür, həmin ildən VHP Siyasi Şurasının üzvüdür.

2001-ci ildən VHP Ali Məclisinin sədridir.

2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərdə 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub.  

İctimai Palatanın üzvüdür. 2012-ci ilin yanvarında keçirilən seçkilərdə İctimai Palatanın Koordinasiya Şurasına üzv seçilib.

Evlidir, iki oğlu var.