VƏTƏNDAŞ  HƏMRƏYLİYİ  PARTİYASININ RƏMZLƏRİ

  1. Emblem
  2. Bayrağ 
  3. Marş

Emblem

VHP-nin əsas atributlarından biri olan gerbin müəllifi Azərbaycanın çox istedadlı və tanınmış rəssam-heykəltaraşlarından biri Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır:
Ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu həm də hakimiyyət bölgüsünün göstəricisidir, Qanunvericilik, İcra və Məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompazisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir.
Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun Damğaları yerləşdirilmişdir. Həmin variant partiyanın qərargahında saxlanılır.
Gerbin ortasında Azərbaycan dövlətçiliyinin əsas rəmzi sayılan və bu dövlətin mənəvi, ideoloji yolunu müəyyənləşdirən Üçrəngli və Ay-Ulduzlu Bayrağımız verilmişdir.
Gerbin tam ortasında Azərbaycanın Odlar Yurdu olaraq əbədi rəmzlərindən biri olan Od-Ocaq çəkilmişdir.

Bayraq

Vətəndaş Həmrəyliyi Partiyasının bayrağı ağ rəngdədir.
Ağ rəngin üzərində VHP-nin Emblemi təsvir olunub.
Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.
Həmrəylik – azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəalliyətidir.

Həmrəylik – bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsidir.
Həmrəylik – zəiflərə himayə, qarşılıqlı yardım deməkdir.

 

 

 

AZADLIQ MARŞI

(Vətəndaş Həmrəyliyi Partiyasının Himni)

Musiqi: Heratı

Soz: Elçin Mirzəbəyli

 

Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Yad qılınc ilə qırıldıq yetər,
Zülmə qarşı qalxaq, qul olduq yetər!
Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!