vhpqusar0 VHP QUSAR RAYON TƏŞKİLATI

 

 

 

 

 

TƏŞKİLAT

vhpqusar4VHP Qusar Rayon Təşkilatı 1992-ci ildə, AXC Qusar Rayon Şöbəsinin bazasında təsis olunub. Təşkilatın 400-ə yaxın üzvü var. Rayon təşkilatının 48 özək təşkilatı fəaliyyət göstərir.  Təşkilata Həsənbala Məmmədov rəhbərlik edir.

 

 

 

 

RT SƏDRİ

 hesenbalamemmedov

Həsənbala MƏMMƏDOV
VHP Qusar RT sədri

 

Tel: 055 8581321

E-mail:

 

Məmmədov Həsənbala  Məhəmməd   oğlu, 30 yanvar 1947-ci  ildə Qusar rayonunda anadan olub.

1962-ci ildə 8№-li İnşaat Məktəbini, 1966-cı ildə Şamaxı  Pedagoji Məktəbini, 1973-cü ildə  Azərbaycan Pedeqoji İnistutunun filologiya, 1977-ci ildə Rusiya MN-nin İncəsənət Universitetinin «Musiqi nəzəriyyəsi», 1979-cu ildə Moskvada Ali Məktəb Problemləri ET İnstitutunun «Yeni Təlim Üsulları və vasitələri», 1981-ci ildə Azərbaycan KP MK ML Universitetinin Fəlsəfə Fakultələrini və  ETPEİ-nin dissertanturasını bitirib. Fililogiya üzrə fəlsəfə  doktorudur.

Ölkəmizdə və xaricdə çap edilmiş 30-dan sox əsərin, o cümlədən iki kitabın müəllifidir.

Qusar rayonunun  Üzdən oba, Avaran, Bədişqala məktəblərində müəllim işləyib və Azərbaycan MMTİ-nin kurslarında mühazirələr oxuyub. 1973-1974-cü illərdə ordu sıralarında xidmətdə olub. Metodistdir.

Fəaliyyəti dəfələrlə SSRİ Pedagoji Elmlər Akademiyasının, MN-in, PC-nin Fəxri Fərmanlarına, təltiflərinə mükafatlarına layiq görülmüş, onlarla oçerk və məqalədə təqdir edilmişdir.

1988-ci ildən başlanan Xalq Hərəkatının fəallarından, Qusar hərəkatçılarının lideri olub.  Azərbaycan Xalq Cəbhəsinin Qusar Şöbəsinin qurucularından və ilk sədri olub.

1992-ci ildən VHP Qusar Rayon Təşkilatının təşəbbüs qrupunun sədri, 1992-ci ildən təşkilat təsis ediləndən sonra sədr müavini olub. 2007-ci ildən VHP Qusar Rayon Təşkilatının sədri olub.

Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 51 saylı Qusar seçki dairəsindən və 2015-ci ildə isə 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi olub.

Bir neçə Qeyri-Hökümət Təşkilatına,  o cümlədən SSRİ Müəllimlər İttifaqının Azərbaycan filialına, Rusiya Ədalət Cəmiyyətinin bölməsinə və «Rüşvətə Qarşı Mübarizə» İB-ə rəhbərlik edib. Hüquqmüdafiəçisdir. Onlarla insanın hüquqlarını ölkə və Avropa məhkəmələrində müdafiə edib.

Ailəlidir. Dörd uşağı və nəvələri.

 

 

MƏCLİS

ŞURA

NTK

İCRA APARATI

ÖZƏK TƏŞKİLATLARI

Rayon təşkilatının 48 özək təşkilatı fəaliyyət göstərir.

GƏNCLƏR ŞÖBƏSİ

QADINLAR ŞURASI

BƏLƏDİYYƏ

FOTO

vhpqusar0 vhpqusar1 vhpqusar2 vhpqusar3 vhpqusar4 vhpqusar6

ƏLAQƏ

Ünvan: Qusar şəh., Q.Məhəmməd, ev 34

Tel: 050 475 21 130138 5 40 47