Ofelya Rəşidqızı
VHP Siyasi Şura üzvü və
Şuşa RT sədri

Telefon:

070 215 33 64

Tanıtım:

  

Bağırova Ofelya Rəşid qızı, 1948-ci ildə anadan olub.
1966-cı ildə Şuşa şəhərində orta məktəbi bitirib.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsini bitirib.

İş fəaliyyətinə “Şuşa” qəzetində başlayıb.

1973-1980-ci illərdə  Şuşa şəhər Pedaqoji Məktəbində kitabxana müdiri işləyib.

1980-1992-ci illərdə AzərKitabın Şuşa şəhərində yerləşən 77 saylı mağazasının müdiri olub.

Şuşa şəhərini ermənilər tərəfindən işğal etdikdən sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaıb  və 1995-ci ilə qədər Azərkitabda müxtəlif vəzifələrdə çalışıb.

1995-1997-ci illərdə  AzərKitabda kadrlar şöbəsinin müdiri, 1998-ci ildə “Sensasiya” qəzetinin korrektoru, 1999-cu ildə isə “Qadın aləmi” qəzetinin  təsisçisi və baş redaktoru olub.

2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvdür.   
Partiyanın Şuşa rayon təşkilatının sədridir. 2008-ci ildən VHP Siyasi Şurasının üzvüdür.

Üç qızı anasıdır.