Nazlı Ağayeva
VHP Ali Məclisinin üzvü və Qəbələ RT sədri

Telefon:

050 331 61 49

0160 5 01 49 

 

Web:

E-mail:

nazli.agayeva.395@fa cebook.com

Sosial şəbəkələrdə:

https://www.facebook.com/nazli.agayeva.395

 

Tanıtım:

 

Ağayeva Nazlı Dadaş qızı,  1960-cı il, mayın 9-da Qəbələ – o zamankı Qutqaşın rayonunun Məmmədağalı kəndində anadan olmuşam. Əvvəl Qutqaşında orta məktəbdə, sonralar Bakı Dövlət Universitetində təhsil almışam.
Uşaqlıq dövrümdən bəri həyatımın bütün hissəsini müxtəlif sahələrdə əmək fəaliyytəndə keçirmişəm. Əvvəllər kolxozda, sonra məktəbdə, daha sonradan indiyə qədər isə yazı-pozuyla işləmişəm.
1988-ci ildən ictimai-siyasi fəaliyyətdəyən. Xalq hərəkatı dövründən AXC hakimiyyətə gələnə qədər cəbhəçi olmuşam. Uzun müddət bitərəf qaldıqdan sonra 2003-cü ildən VHP-nin üzvüyəm.
Şüurlu ömrümün bütün hissəsini yaşadığım dövrlərin bütün iqtidarlarına müxalif mövqedəyəm. Həyatımın meyarı, məqsədi və stimulu ədalətlilik prinsipidir. Bu günə qədərki fəaliyyətimin ana xətti də bu prinsiplə bağlı olub. Mənə müraciət edən hər kəsə qələmim və onunla qazandığım şəxsi nüfuzum daxilində yardım göstərməyə çalışmışam.
O zamankı Qutqaşında və indiki Qəbələdə əhalinin əksəriyyət hissəsi məni tanıyır. YAP-çı məmurları çıxmaq şərtilə adamların doğma və isti münasibətini daim hiss etməkdəyəm.
1996-cı ildə nəşr olunmuş povest və şerlərdən ibarət “Qədir” adlı xırdaca bir kitabın, yüzlərlə məqalə və bir sıra bədii yazıların müəllifiyəm.
2009-cu ildə çox keçirdiyim çox ağır avtomobil qəzasından sonra işləmirəm.

Tərcümeyi-hal yazmağı nəinki xoşlamıram, hətta bunu yazmamaq üçün əlimdən gələn hər şeyi etməyə razı və hazıram. Əyər belə bir şey yazmışamsa, deməli, bunu yazdıran şəxs məndən ötrü önəmlidir.

 

Qeyd edək ki, Nazlı Ağayeva 2004-cü ildən VHP Qəbələ rayon təşkilatının sədri, partiya Ali Məclisinin üzvüdür.