VHP MƏRKƏZİ NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI

 

REQLAMENT

VHP NIZAMNAMƏSIND’N ÇIXARIŞ

14. Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK).

14.1. VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Partiyanın Qurultayında yeddi nəfər tərkibdə dörd il müddətinə seçilir.

14.2. VHP  Mərkəzi Nəzarət-Təftiş Komissiyası:

•             Qurultaydan sonrakı ilk iclasında özünün Sədrini və katibini seçir;

•             iclasları üç ayda bir dəfədən gec olmayaraq keçirilir;

•             Partiyanın bütün orqanlarının, təşkilatlarının və üzvlərinin fəaliyyətinin VHP Nizamnaməsinə uyğun olmasına birbaşa nəzarət edir;

•             VHP üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə iki həftə müddətində baxıb müvafiq qərar çıxarır;

•             Partiyanın maliyyə işlərinə nəzarət edir;

•             Rayon (şəhər) təşkilatlarının NTK-nın işini istiqamətləndirir;

•             Partiyanın Qurultayına hesabat verir.

 

MNTK ÜZVLƏRİ

  1. Felmar Ələkbərov
  2. Səidə Dadaşlı
  3. Saleh Salayev
  4. Nurhəyat Onk
  5. Zeynalxan Fətullayev
  6. Sabir Kərimov
  7. Faiq Əliyev

MNTK SƏDRİ

felmarelekberov

Felmar ƏLƏKBƏROV

MNTK sədri

 

  Ələkbərov Felmar Əli oğlu  10 fevral 1950-ci ildə Ağdam rayonunun

Rzalar kəndində anadan olub.

1967-ci ildə Ağdam rayonu,  Mahrızl kənd orta məktəbini  və 1972-ci ildə

Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin

“kimyaçı mühəndis” ixtisasını bitirib.

1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər

Bakı Süd Kombinatında fəhlə işləyib. 1970-ci ildən Bakı Şin Zavodunda fəhlə,

usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .

1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş

SSRİ-in  Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən

nümayən heyətinin üzvü olub.

1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi

nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib..

YAP hakimiyyəti tərəfindən 1994-cü ildə vəzifəsindən azad edilib.

1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov

rayon təşkilatının üzvüdür.

2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub.

2007-ci ilin 24 dekabrında keçirilən partiya qurultayında

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü və MNTK-nın

iclasında isə sədr seçilib.

Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı

Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki  və 2015-ci ildə isə

19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Ailəlidir, 2 oğlu, 1 qızı və 2 nəvəsi var.

 

 

MNTK KATİBİ

Seidedadasli

Səidə DADAŞLI

MNTK katibi

 

ƏLAQƏ

FOTO

VHPMNTK2 (1) VHPMNTK2 (2) VHPMNTK4 (1) VHPMNTK4 (2)