Mərkəzi İcra Aparatı

samirasadli

Samir Əsədli

Mərkəzi İcra Aparatının rəhbəri

Əsədli Samir Şakir oğlu 01 iyun 1983-cü ildə anadan olub.
2000-ci ildə Bakı şəhəri 180 saylı orta məktəbi bitirib.
2004-cü ildə isə Bakı Dövlət Unversitetini məzunudur.
2004-2005-ci ildə həqiqi hərbi xidmətdə olub.
2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub.
2001-ci ildən VHP Ali Məclisinin, 2003-cü ildən isə Siyasi Şuranın üzvdür.
2002-2004-cü illərdə VHP Gənclər Təşkilatının sədri, 2005-2007-ci illərdə isə partiya sədrinin gənclərlə iş üzrə müşaviri olub.
2007-2013-cü illərdə VHP Təşkilat Şöbəsinin müdiri olub.
2013-cü ildə Mərkəzi İcra Aparatının rəhbəri təyin olub.
2009-2014-cü ildə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü, bələdiyyənin sosial məsələlər və ekologiya komissiyasının sədri olub.
Milli Məclisə seçkilərdə 2010-cu ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən, 2015-ci ildə 11 saylı Qaradağ seçki dairəsindən və 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.
Hazırda VHP Mərkəzi İcra Aparatının rəhbəridir.
Ailəlidir 2 oğlu və 1 qızı var.

Vətəndaş Həmrəyliyi Partiyası

Mərkəzi İcra Aparatının

Ə S A S N A M Ə S İ

 

  1. Ümumi müddialar

1.1. Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatı (bundan sonra İcra Aparatı) partiyanın mərkəzi icra strukturudur.

1.2 İcra Aparatı partiya Nizamnaməsinin  13.2 maddəsinə uyğun  olaraq  VHP sədri tərəfindən yaradılır və  partiyanın ümumi cari fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirir.

1.3. İcra Aparatının tərkibində  VHP-nin fəaliyyət istiqamətinə uyğun olaraq müxtəlif sahələr üzrə  (“Təşkilat”, “Seçki”, “Ümumi işlər” departamentləri, “Beynəlxalq”, “Diaspor”, “Təbliğat və Təşviqat”, “Təşkilati”, “Hüquq”, “Kargüzarlıq”,  “İdeologiya”, “Təsərrüfat”,  “Maliyyə”, “Mühasibatlıq”   və s. şöbələr) depertamentlər, şöbələr, xidmətlər və bölgələr üzrə koordinatluqlar yaradılır.

1.4. İcra Aparatının bütün struktur və bölmələri VHP sədri tərəfindən yaradılır. Onun  rəhbəri,  bütün vəifəli şəxsləri və əməkdaşları da partiya   sədrinin sərəncamı ilə vəzifəyə təyin olunur və azad edilirlər.

1.5.İcra Aparatının rəhbərinin funksiyaları VHP Nizamnaməsinə uyğun olaraq partiya sədrinin I və digər müavinlərinin birinə də həvalə edilə bilər.

1.6. İcra Aparatının departament, şöbə və xidmətləri VHP-nin Nizamnaməsinə və bu Əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

II.Mərkəzi İcra Aparatının məqsəd və vəzifələri

2.1.İcra Aparatı partiyanın Mərkəzi Qərargahın, rayon təşkilatlarının və digər partiya strukturlarının icraya yönəlik fəaliyyətlərinin əlaqələndirilməsi,  azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi bazanın yaradılması,  partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi,  VHP-çilərə hüquqi yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar partiyanın rəhbər qurumlarının qərarlarının yerinə yetirilməsini təşkil edir və icrasına nəzarət edir.

2.2. İcra Aparatı  Azərbaycan Respublikasında azad və ədalətli seçkilərin keçirilməsi üçün partiyanın  potensialını səfərbər etməklə  bələdiyyə, parlament və prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının dəstəklədiyi namizədlərin seçki kompaniyasının təşkil etmək istiqamətində fəaliyyət göstərir.

III. İcra Aparatının idarə olunması

3.1. Mərkəzi İcra Aparatına aparatın rəhbəri başçılıq edir və aparatının strukturunda nəzərdə tutulmuş vəzifələrə, ştat cədvəlinə uyğun olaraq təyin edilmiş əməkdaşlara nəzarət edir.

3.2. İcra Aparatının rəhbəri və əməkdaşları:

3.2.1. Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ aktlara və VHP-nin Nizamnaməsinə əsasən VHP sədrinin sərəncamı ilə vəzifəyə təyin və tutduğu vəzifədən azad edilirlər;

3.2.2.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müfaviq normaları, VHP-nin mərkəzi aparatının daxili intizam qaydalarına uyğun olaraq fəaliyyət göstərir;

3.2.3. VHP Siyasi Şurasının təsdiq etdiyi ştat cədvəlinə uyğun olaraq əmək haqqı ilə təmin olunurlar.

3.2.4. Mərkəzi İcra Aparatının əməkdaşları öz istəylərinə uyğun olaraq ictimai əsaslarla da fəaliyyət göstərə bilərlər.

Qeyd: Əsasnamə VHP  Ali Məclisinin 17 may 2014-cü il sessiyasında təsdiq edilib

Xantural.jpg

Xantural Şərəfxanlı

Mərkəzi İcra Aparatı rəhbərinin müavini

anar_1

Anar Niftəliyev

İctimai Əlaqələr Depertamentinin müdiri

Azər caniyev

Azər Caniyev

İnsan Resursları Depertamentinin müdiri

turalhuseynli

Tural Hüseynli

Lahiyələr Depertamentinin müdiri

ŞəfəqQulusoy

Şəfəq Qulusoy

Ümumi Şöbənin müdiri

vhp-bosh

Təşkilat Şöbəsinin müdiri

aygunqurbanli

Aygün Qurbanlı

Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri

İbrahim Quliyev

İbrahim Quliyev

İdeoloji Şöbənin müdiri

selaheddin

Səlahəddin Əsgər

Mühasibatlıq Şöbəsinin müdiri

8fada8dc-e7f6-4e81-adda-1ccde475720a

Səməndər Çaxmaqlı

Humanitar məsələlər Şöbəsinin müdiri

c37c6d7a-6b04-4c7d-9e54-6d159179de9f

Vüsal Namiqoğlu

Türk Dünyası ilə İş Şöbəsinin müdiri

b145f413-124e-440c-9dee-e27fb3242c85

Səlcuq Elçin

Siyasi Partiyalarla İş Şöbəsinin müdiri

254e8b31-b159-4ffe-b1ed-480c0c401ce1

Real Cəfərli

Diasporla İş Şöbəsinin müdiri

vhp-bosh

İsmi Şahzadə

Dini Qurumlarla İş Şöbəsinin müdiri

vhp-bosh

Gənclərlə iş Şöbəsinin müdiri

vhp-bosh

Təsərrüfat Şöbəsinin müdiri

vhp-bosh

Tağı Yusubov

Baş Mühasib

83077842_3092476344114416_209152224276774912_n

Nəsimi Şərəfxanlı

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

vhp-bosh

Gülnar Hüseynova

VHP sədrinin köməkçisi

Back to top button
Close