Həsənbala Məmmədov
VHP Qusar RT sədri

Telefon:

050 475 21 13
0138 5 40 47

Web:

E-mail:

hasanbala.mamedov@fa cebook.com

Sosial şəbəkələrdə:

https://www.facebook.com/hasanbala.mamedov

Tanıtım

Məmmədov Həsənbala  Məhəmməd   oğlu, 30 yanvar 1947-ci  ildə Qusar rayonunda anadan olub.                                                  

1962-ci ildə 8№-li İnşaat Məktəbini, 1966-cı ildə Şamaxı  Pedagoji Məktəbini, 1973-cü ildə  Azərbaycan Pedeqoji İnistutunun filologiya, 1977-ci ildə Rusiya MN-nin İncəsənət Universitetinin «Musiqi nəzəriyyəsi», 1979-cu ildə Moskvada Ali Məktəb Problemləri ET İnstitutunun «Yeni Təlim Üsulları və vasitələri», 1981-ci ildə Azərbaycan KP MK ML Universitetinin Fəlsəfə Fakultələrini və  ETPEİ-nin dissertanturasını bitirib. «Fəlsəfə doktoru» alimlik dərəcəsini almaq üçün yazdığı dissertasiya müdafiədədir.

Ölkəmizdə və xaricdə çap edilmiş 30-dan sox əsərin, o cümlədən iki kitabın müəllifidir.

Qusar rayonunun  Üzdən oba, Avaran, Bədişqala məktəblərində müəllim işləyib və Azərbaycan MMTİ-nin kurslarında mühazirələr oxuyub. 1973-1974-cü illərdə ordu sıralarında xidmətdə olub. Metodistdir.

Fəaliyyəti dəfələrlə SSRİ Pedagoji Elmlər Akademiyasının, MN-in, PC-nin Fəxri Fərmanlarına, təltiflərinə mükafatlarına layiq görülmüş, onlarla oçerk və məqalədə təqdir edilmişdir.

1988-ci ildən başlanan Xalq Hərəkatının fəallarından, Qusar hərəkatçılarının lideri olub.  Azərbaycan Xalq Cəbhəsinin Qusar Şöbəsinin qurucularından və ilk sədri olub.

1992-ci ildən VHP Qusar Rayon Təşkilatının təşəbbüs qrupunun sədri, 1992-ci ildən təşkilat təsis ediləndən sonra sədr müavini olub. 2007-ci ildən VHP Qusar Rayon Təşkilatının sədri olub.

2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərində VHP-nin 51 saylı Qusar Seçki Dairəsindən namizədi olub.

Bir neçə Qeyri-Hökümət Təşkilatına,  o cümlədən SSRİ Müəllimlər İttifaqının Azərbaycan filialına, Rusiya Ədalət Cəmiyyətinin bölməsinə və «Rüşvətə Qarşı Mübarizə» İB-ə rəhbərlik edib. Hüquqmüdafiəçisdir. Onlarla insanın hüquqlarını ölkə və Avropa məhkəmələrində müdafiə edib.

Ailəlidir. Dörd uşağı və nəvələri.