VHP GƏNCƏ ŞƏHƏR TƏŞKİLATI

 

TƏŞKİLAT

VHP Gəncə şəhər təşkilatı 1992-ci ildə təsis edilib. Təşkilatın 600-dən artıq üzvü var.  Təşkilat  tərkibində Nizami və Kəpəz rayon təşkiları, həmçinin 62 özək təşkilatı fəaliyyət göstərir.

Təşkilatın ilk sədri Fərhad Əliyev olub. İkinci dönəm təşkilata Tapdıq Zeynallı rəhbərlik edib. 2004-cü ildən Asəf Məmmədəliyev təşkilatın sədridir.

 

ŞT SƏDRİ

 asafmammadaliyev

Asəf MƏMMƏDƏLİYEV
VHP Gəncə ŞT sədri

 

Tel:

050 685 32 01

022 59 66 18

 

E-mail:

 

Məmmədəliyev Asəf  Akif oğlu –28 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə M.Ş.Vazeh adına 16 saylı orta məktəbdə alib. Əmək fəaliyyətinə 1991-ci ildə “Gəncə Regional Qaz Kəmər tikinti” idarəsində fəhlə və usta kimi başlayıb. 1994-1995-ci illərdə “Gəncə Tara İstehsalat” LTD müəssisəsində briqadir və sex rəisi işləyib. Təhsilini artırmaq məqsədilə 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər və Kommersiya” fakültəsinə daxil olub və 1999-cu ildə həmin universiteti bitirərək bakalavr diplomu alıb. Eyni zamanda təhsil aldığı müddətdə Universitetin “Tələbə Həmkarlar Təşkilatı”na rəhbərlik edib.

1999-cu ildən QAC-ti Gəncə şəhər Komitəsində Gənclər təşkilatının rəhbəri, 2000-2003-cü illərdə isə QAC-ti Samux rayon Komitəsinin sədri kimi çalışıb. 2003-cü ildən indiyə kimi “Azər Su” ASC-nin Gəncə “Su Kanal” TSC-də aparıcı iqtisadçı kimi çalışır.

2005-2007-ci illərdə “Azərbaycan Kənd Təsərrüfatı Akademiyası”nda “Mühəndis İqtisadiyyatı və İdarəedilməsi ” ixtisasını fərqlənmə diplomu ilə bitirərək Magistr dərəcəsi alöb.

1989-cu ildən Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olub. 2002-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının üzvüdür. 2004-cü ildə isə Gəncə şəhər təşkilatının sədridir.

Ailəlidir və iki övladı var.

 

 

MƏCLİS

ŞURA

NTK

İCRA APARATI

RAYON TƏŞKİLATLARI

  1. Nizami rayon təşkilatı
  2. Kəpəz rayon təşkilatı

GƏNCLƏR ŞÖBƏSİ

QADINLAR ŞURASI

BƏLƏDİYYƏ

FOTO

ƏLAQƏ

Ünvan: Gəncə şəh.,  H.B.Ağayev küç., ev 68

Tel: 050 685 32 01;  022 59 66 18