Felmar Ələkbərov
VHP MNTK-sının sədri

Telefon:

050 682 88 89

012 480 15 78

E-mail:

f.elekberov@vhp.az

 

   Tanıtım:

 

   Ələkbərov Felmar Əli oğlu,  10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.

  1967-ci ildə Ağdam rayonu,  Mahrızl kənd orta məktəbini  və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin “kimyaçı mühəndis” ixtisasını bitirib.

1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib. 1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .

1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in  Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayən heyətinin üzvü olub.

1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib..

YAP hakimiyyəti tərəfindən 1994-cü ildə vəzifəsindən azad edilib.

1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov Rayon Təşkilatının üzvüdür. 

2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 

2007-ci ilin 24 dekabrında keçirilən partiya qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü və MNTK-nın iclasında isə sədr seçilib.

Sonuncu parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən deputatlığa namizəd olub.

Ailəlidir, 2 oğlu və 1 qızı var.