Faiq Balabəyli
VHP Siyasi Şurasının üzvü

Telefon:

050 326 29 04

E-mail:

faiq_balabeyli@mail.ru

Sosial şəbəkələrdə:

https://www.facebook.com/faiq.balabeyliseferov
 

Tanıtım:

  

Balabəyli Faiq Ağaş oğlu, 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad  kəndində anadan olub.

1971-81 –ci illərdə  Sabirabad kənd orta məktəbində təhsil alıb.

1981-84-ci illərdə 95 saylı  Bakı  Dənizçilik Məktəbində oxuyub.

1982-84 – cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qyabi olaraq Qafur Məmmədov  adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib.

1992-94 –cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib.

1996-2006 – cı illərdə “Ədəbiyyt qəzeti”ndə işləyib. Hal-hazırda “Millətin Səsi” qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.

1993-cü ildə “Eh ayrılıq nə yamansan”, 2003-cü ildə “Kəsilməyən həyacan fiti”, 2005-ci ildə “Sənə yazılan şeirlər”, 2008-ci ildə “Burda darıxmaq olmaz”, 2010-cü    ildə “Yaşıl yuxulu dəniz”, 2011-ci ildə  “Yaxın uzaq Elazıx” kitablarının müəllifidir .

1996-cı ildən AzərbaycanYazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.

1998-ci ildən  Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai RT sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, iki övladı var.