vhp

Emblem

VHP-nin əsas atributlarından biri olan gerbin müəllifi Azərbaycanın çox istedadlı və tanınmış rəssam-heykəltaraşlarından biri Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır:
Ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu həm də hakimiyyət bölgüsünün göstəricisidir, Qanunvericilik, İcra və Məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompazisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir.
Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun Damğaları yerləşdirilmişdir. Həmin variant partiyanın qərargahında saxlanılır.
Gerbin ortasında Azərbaycan dövlətçiliyinin əsas rəmzi sayılan və bu dövlətin mənəvi, ideoloji yolunu müəyyənləşdirən Üçrəngli və Ay-Ulduzlu Bayrağımız verilmişdir.
Gerbin tam ortasında Azərbaycanın Odlar Yurdu olaraq əbədi rəmzlərindən biri olan Od-Ocaq çəkilmişdir.