Elxan Mirzə 
VHP sədrinin belnəlxalq əlaqələr üzrə müavini

Telefon:

051 957 59 37

Web:

 

E-mail:

 

Sosial şəbəkələrdə:

https://www.facebook.com/E.Mirzəyev

 

  Tanıtım:

  Mirzəyev  Elxan İbrahim oğlu, 16 iyul  1946-c ildə  ziyalı ailəsində anadan olub.

   1963-cü ildə Lerik rayon orta məktəbini bitirib. 1963-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb, ingilis dili müəllimi    ixtisasına    yiyələnib. 1968-1971-ci illərdə təyinatla Biləsuvar rayonunda ingilis    dili müəllimi işləmişdir. 1971-ci ildən Azərbaycan Dillər Universitetində müəllim, baş    müəllim, dosent,    kafedra müdiri işləmişdir.

Bakı Asiya Universitetində kafedra müdiri olub.  Azərbaycan Dillər Universitetində müəllim kimi işləyib. Hazırda Bakı Slavyan Unversitetində müəllim kimi çalışır.

1985-ci ildə Böyük Britaniyanın Sarey Universitetində dörd aylıq elmi təcrübə keçmiş və dissertasiya işini tamamlamışdır. 1990-cı ildə Sankt-Peterburq və Moskva Dövlət universitetlərində elmi təcrübə keçmiş, təzyiqlərə baxmayaraq 20 yanvar hadisələri ilə bağlı şəhidlərimizin faciəli ölüm səhnələrinin fotolarının sərgisini təşkil etmişdir.

1992-ci ildə İran İslam Respublikasının Təbriz və Ərdəbil universitetlərində elmi konfranslarda məruzə ilə çıxış etmişdir. 1996-cl ildə Amerika Birləşmiş Ştatlarının İREX kampaniyasının elm və təhsil ilə bağlı keçirdiyi müsabiqənin qalibi kimi Vermond ştatında dörd aylıq elmi-pedaqoji təcrübədə olmuşdur. Vermond Universiteti və Sent Mayklz Kollecində Xocalı faciəsinin fotolarınının nümayişini təşkil etmişdir. 1996-cı il ABŞ-ın prezident seşkilərində qalib gələn Bill Klintonu ilk azərbaycanlı kimi Azərbaycan xalqı adından təbrik etmiş və Prezidentin şəxsi imzası ilə cavab olaraq təşəkkür məktubu almışdır.

1996-cı ildə Kanadanın Monreal şəhərində türk cəmiyyətinin dəvəti ilə Qarabağ hadisələri ilə bağlı keçirilmiş konfransda çıxış etmiş və çıxış Kanada televiziyası ilə göstərilmişdir. Pedaqoji fəaliyyətdə olduğu müddətdə üç kitabın, 90-dan artıq elmi məqalə və tezislərin müəllifidir. Elmi məqalələri ABŞ, Türkiyə və İran İslam Respublikasında çap edilmişdir.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. VHP sədrinin Beynəlxalq əlaqələr üzrə müavinidir.

  Evlidir, iki övladı var.