Elmar Sadıqlı
VHP Sumqayıt ŞT sədri

Telefon:

+994 55 785 84 24

 

Web:

E-mail:

sadiqli@mail.ru

 

Sosial şəbəkələrdə:

https://www.facebook.com/elmar.sadiqli

 

 

Tanıtım:

 

Sadıqlı Elmar  Ağasadıq oğlu, 01 fevral 1970 ci il Sabirabad rayonu Ulacalı kəndində anadan olub.

1987-cı ildə Sumqayıt şəhəri 13 sayı orta məktəbi və 1996-cı ildə isə Azərbaycan Sənaye İnistutunu bitirib.

1988-89-cu illərdə hərbi xidmətdə olub.

18 noyabr 1991-ci ildə Elçibəyin sözləri ilə ifadə etsək Azərbaycan qeyrətinin Qaranquşları olan Milli Ordunun ilk batalyonuna könüllü yazılaraq  Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 17 fevral 1994-cü ildə ordu sıralarından təxris edilmişdir. Müharibə veteranıdır.

1989-cu ildən Xalq Hərəkatının fəal iştirakçılarından olub.  Azərbaycan Xalq Cəbhəsi  (AXC) Sumqayıt şəhər şöbəsinin ilk üzvlərindən olmuşdur.  Həmin zaman Sumqayıtda tələbə hərəkatının təşkilatçılarından və fəallarından olmuşdur.  Bu səbəbdən Azərbaycan Dövlət Neft Akademiyasının Sumqayıt filialından tələbə  təşkilatını və tələbələrin ilk mitinqini təşkil etdiyinə görə İnistitdan xaric edilmişdir.   AXC AZİ dayaq dəstəsində fəaliyyət göstərmişdir.

20 yanvar faciəsi zamanı Komsomol biletindən ilk imtina edənlərdən olmuşdur.

1998-ci ildən 2006-cı ilə kimi AXCP Sumqayıt şəhər şöbəsində siyasi fəaliyyətini davam etdirmişdir. Təşkilatda şöbə müdiri, sədrin müavini olmuşdur.

2001-2005- ci illlerde 38 (sonradan 41) ve  44 sayli Sumqayit-Abseron   Dairə Seçki Komissiyasının üzvü olmuşdur. 2006- ci ildə AXCP Sumqayıt Şöbəsi VHP Sumqayıt şəhət təşkilatına birləşmək barədə qərar verəndə, o da VHP üzvlüyünə keçib. Təşkilatın Məclis, Şura üzvü və sədr müavini olub.

2012-ci ilin mart ayından VHP Sumqayıt şəhər təşkilatının sədridir.  2012-ci ilin 26 sentyabrından VHP Ali Məclisinin üzvüdür.

İctimai Palatanın Sumqayıt  regional təşkilatının Əlaqələndirmə Şurasının üzvüdür.

Evlidir, 2 övladı var.