Cəlilabad Rayon Təşkilatı

eliqismet

Əliqismət Əlibəyli

Cəlilabad Rayon Təşkilatı sədri

Əlibəyli Əliqismət Məmmədhüseyn oğlu 1957-ci il mart ayının 1-də Cəlilabad şəhərində fəhlə ailəsində anadan olub.
1998-ci ildə başlanan azadlıq hərəkatın öncüllərindən olub. Cəlilabadda xalq hərəkatına başçılıq edənlərdən biri olub. Azərbaycan Xalq Cəbhəsinin Cəlilabad rayon şöbəsinin qurucularından və rəhbərlərindən olub.
Qarabağ döyüşlərinin iştirakçısı və müharibə veteranıdır.
1993-cü ildən Vətəndaş Həmrəyliyi Partiyası Cəlilabad rayon təşkilatının üzvü və 2012-ci ildən rayon təşkilatının sədridir.
Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. “Haqq Yolu” Kiçik müəssisəsinin rəhbəridir.
Ailəlidir 4 övladı var.

Vətəndaş Həmrəyliyi Partiyasının Cəlilabad rayon təşkilatı 1992-ci ildə təsis edilib. Rayon təşkilatı respublikanın və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edib. Bələdiyyə seçkilərində rayon bələdiyyələrinə öz namizədləri ilə qatılıb. Təşkilata uzun müddət Xalq Hərəkatının liderlərindən olan Miralim Bəhramov rəhbərlik edib. Müxtəlif vaxtlarda isə Aqil Əliyev və Elbrus Əhmədov təşkilata rəhbərlik ediblər. Təşkilat sıralarında 500 nəfərdən artıq üzvü birləşdirir. Rayonun 40 kəndində yerli özək təşkilatları var.
2006-cı ildən VHP sədrinin müavini Fəzail İbrahimli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatıdır. Rayon təşkilatı hər dönəm F.İbrahimlinin təbliğat-təşviqat kampaniyasında fəal iştirak ediblər.
Həmçinin təşkilat bələdiyyə seçkilərində fəal iştirak edib. 1999, 2004 və 2014-cü illərdə təşkilat üzvləri müxtəlif kənd bələdiyyələrinə üzv seçiliblər.
Rayon Təşkilatına Hazırda rayon təşkilatına Əliqismət Əlibəyli rəhbərlik edir.

Telefon:

+994 55 287 25 94

Back to top button
Close