N!DA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu Zaur Qurbanlıya

Bu gün NİDA Vətəndaş Hərəkatının üzvü, şərlənərək həbs edilmiş Zaur Qurbanlının doğum günüdür, onun 27 yaşı tamam olur.  VHP Gənclər Təşkilatı vicdan məhbusuna doğum günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Hörmətli Zaur bəy!

Səni doğum günü münasibəti ilə təbrik edirik!

Zaur bəy! Sən bu gün Azərbaycanda demokratiya və azadlıq mübarizəsinin öncül simalarından birisən. Sən və həbsdə olan dostlarımız vətənimizə hakim olmaq iddisaında olan rejimə “belə davam etməz” mesajı vermisiniz . Sənin və Sizin timsalınızda mübarizlik simvola çevrildi. Sən və Siz Azərbaycan xalqının istibdad və zülm qarşısında əyilmədiyini dünyaya sübut etdiz. Bu mənada Zaur bəy, sən və sizlər xalqımızın XXI əsr tarixində yer aldınız.

Hörmətli Zaur bəy!

Səni VHP gənclər təşkilatı adından doğum günü münasibəti ilə təbrik edirik. Sən bizim təşkilatın üzvü olmasan da hər zaman səni özümüzlə bir sırada bilmişik. Səninlə mübarizə yoldaşı olmaq fəxrdir. Sənə mübarizəndə uğurlar arzulayırıq. Sənə və bütün gənlərimizə, həmyaşıdlarımıza bizim və övladlarımızn Azad, Bütöv və Demokratik Azərbaycanda yaşamağı arzulayırıq.

DOĞUM GÜNÜN MÜBARƏK AZAD ZAUR QURBANLI

VHP Gənclər Təşkilatı

Bütöv yazını göstər
Back to top button
Close