Aslan Quliyev
VHP Ali Məclisinin üzvü və
Yardımlı RT sədri

Telefon:

+994 51 722 29 22

+994 55 722 29 22

Web:

E-mail:

 

Sosial şəbəkələrdə:

https://www.facebook.com/aslan.quliyev.399

 

Tanıtım:

 

Quliyev Aslan Bulutxan oğlu, -26 sentyabr 1957-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Ibtidai təhsilini öz doğma kəndi Bilnədə, orta məktəbi isə qonşu Vərgədüz kəndində bitirib. Sovet Ordusunun sıralarında Uralda iki il hərbi xidmətdə olub.   Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat fakültəsini bitirib, ixtisasca riyaziyyat müəllimidir.

     Ədəbi yaradıcılıqla məşğuldur.   «Bahar küləkləri», («Yazıçı» – 1987), «Serjant mülki geyimdə»  («Mütərcim» -1996), «Yolun sonu», («Açıq dünya»- 2002), «Yazıçının savaşı», («Qanun» – 2006), «Sonuncu» («Açıq dünya» – 2010)  nəsr kitabları işıq üzü görüb. Türkiyədə dörd müəlliflə birgə «Dörd dördluk» adlı nəsr kitabı çap olunub.  Yazıları rus, fars, türk, ingilis dillərinə tərcümə olunub.  «Azərbaycan» jurnalında «Keçmiş döyüşçü və oğlan», «Əyalət yazıçısı», «Köpək balıqları» povestləri, «Sonuncu»   «Yaşıl təpələrin üstündəki buludlar» riomanları, «Ulduz» jurnalında  bir çox povest və hekayələri, digər qəzet və jurnallarda bədii, publisistik  yazıları nəşr olunub. Yazıları almanaxlarda çap olunur,  virtual aləmdə  geniş yayılır.   Yazıları haqqında ölkənin bir çox tənqidçiləri, sənət adamları dövri mətbuatda müntəzəm olaraq öz sözlərini deyiblər.

    Tərcümələri də oxucu kütləsinə yaxşı tanışdır. Rus, italyan, ingilis, Amerika, ərəb, fransız, polyak və sair yazıçıların əsərlərini dilimizə çevrib. Con Qalsuorsinin, Stanislav Lemin və digərlərin əsərlərindən ibarət tərcümə kitabları işıq üzü görüb. 

 Vətəndaş Həmrəyliyi Partiyasının qurucularındandır.  

 Hazırda VHP Yardımlı  Rayon Təşkilatının sədridir və Yardımlı rayon Texniki yaradıcılıq mərkəzinin direktoru işləyir.      

Ailəlidir, iki oğlu, bir qızı  var.