Arif İsmaylıbəyli
VHP sədrinin müavini

Telefon:

050 335 04 49
 

012 496 86 57

E-mail:

ismayilbeyli@mail.ru
Sosial şəbəkələrdə:

https://www.facebook.com/arif.ismayilbeyli1 

Tanıtım:

İsmayılbəyli Arif Calal oğlu, 1957-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olub.

1973-cü ildə Aşağı Nüvədi qəsəbə orta məktəbini bitirib.

1973-1976-cı illərdə B.Abbasov adına Sovxozda və Lənkəran Mebel Kombinatında işləyib.

1976-1978 – SSRİ-nin Primorsk vilayətində hərbi xidmət keçib.

1978-1982 – Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1981-1991 – Lənkəranın müxtəlif məktəblərində müəllim və məktəb direktoru vəzifəsində işləyib.

1988-ci ildə başlanan Xalq Hərəkatının Cənub zonasında əsas təşkilatçılarından və fəallarından olub.

1989-cu ildən təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəalarından və  AXC Ali Məclisinin üzvü olub.

1992-1993 – Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

 

2003-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

VHP sədrinin beynəlxalq məsələlər üzrə müşaviri və 2005-ci ildən isə VHP Siyasi Şurasının üzvüdür.

VHP-nin beynəlxaql və ictimai-siyasi əlaqələr şöbəsinin müdiri olub. Hazırda VHP sədrinin İctimai-siyasi məsələlər üzrə müavinidir.

Ailəlidir, iki oğlu var.