Almas Qəhramanlı
     MSK üzvü

 

Tanıtım:

 

Almas Əlisultan qızı Qəhramanlı 1961-ci ildə Qubadlı rayonun  Milanlı kəndində  ziyalı ailəsində anadan olub.  1979-ci ildə Bakı şəhəri 1 saylı Fizika- Riyaziyyat təmayüllü Məktəbi, 1985-ci ildə  isə Azərbaycan Texniki Universitetinin  Elektrotexnika fakültəsini bitirmişdir.

1989-ci ildə başlanan Xalq Hərəkatının fəal üzvlərindən olub. 

1985-ci ildə təyinatla “Ulduz” Elm İstehsalat Birliyinə gönrərilmiş, orda müxtəlif vəzifələrdə çalışmışdır.

1997-ci ildə VHP üzvüdür. 

1997-2006-ci ci illər ərzində partiya  Təşkilat Şöbəsinin müdiri, eyni zamanda partiya Ali Məclisinin və Siyasi Şurasının üzvü olub.

2006-cı və 2011-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin  qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.