Ağstafa Rayon Təşkilatı

Dürdanə Həsənova
Ağstafa Rayon Təşkilatı sədri
Həsənova Dürdanə Məmədəli qızı 8 sentyabr 1965-ci ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 1982-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Texniki Universitetinin məzunudur. 1988-ci ildən 1999-ci ilə qədər Ağstafa yol maşınları zavodunda mühəndis işləyib.
Hal-hazırda Ağstafa Aqrar Sənaye kompleksində işləyir.
2006-cı ildən VHP-nin üzvüdür. 2009-cu ildən VHP-nin Ağstafa rayon təşkilatının sədridir.
Ailəlidir. 2 övladı var.
VHP Ağstafa rayon təşkilatı 1992-ci ildə təsis olunub. Təşkilat rayonun ictimai-siyasi yəyatında fəal iştirak edir. Rayon təşkilatının 22 özək təşkilatında 308 nəfər VHP üzvü birləşir. Təşkilat yerli bələdiyyə seçkilərində öz namizədləri ilə iştirak edib. Müxtəlif illərdə bir sıra kənd bələdiyyələrində təmsil olunub. Rayonun Həsənsu bələdiyyəsinə iki dönəm VHP üzvü Məsim Alıyev rəhbərlik edib. Rayon təşkilatına uzun illər Qarabağ qazisi İlqar Vəliyev rəhbərlik edib.
Hazırda rayon təşkilatına Dürdanə Həsənova başçılıq edir.
Telefon:
050 4825018