“Ermənistanı işğalçı edən Rusiyadır”.
Bu barədə “Sherg.az”a Rusiya tərəfindən Ermənistana güzəştli qiymətə silah satılmasından danışarkən tarixçi millət vəkili Fəzail İbrahimli bildirib.
O xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə, Xocalı soyqırımı kimi faciəni törətməyə hərbi qüvvəsi olmayıb:
“Bütün bunlar Rus hərbi qüvvələrinin köməyi baş tutub. Rusiya Ermənistanı özünün for-postu adlandırır. Biz nə qədər münasibətləri yaxşılaşdırmağa çalışsaq da, Ermənistan Rusiyanın Qafqazda yürütdüyü siyasətin bir parçasıdır. Ona görə, hətta Rusiya pulsuz da olsa, Ermənistana silah verəcəkdir. Şimal qonşumuzun bu addımları Qafqaz siyasətinin parçasıdır və təəccüblənməməliyik”.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyan işğalçı ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Rusiya ilə əməkdaşlıq çərçivəsində bütün imkanlardan istifadə etdiyini deyib. Onun sözlərinə görə, Rusiyanı hərbi bazasının Ermənistanda fəaliyyətinin davam etdirməsi haqqında 2010-cu ildə imzalanan yeni müqavilədə qeyd olunub ki, Rusiya Ermənistana yeni silahlar verəcək və hazırda bu proses gedir.
Aysel Aslan

Comments are closed.