Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Ordubadın Kələki kəndində olub.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentlikdən sonra məcburən 4 il 4 ay yaşadığı evi ziyarət edib.

Bu haqda Sabir bəy Facebook səhifəsində yazıb: “Bu gün Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, ailəsinə baş çəkdim. Balaca otaga ötəri bir nəzər salmaq yetərlidir ki, burda dogulub böyümüş, burda agır günlər keçirmiş dəyərli insanın, əziz dostumuzun böyük ruhunu hiss edib, onun milli ideallarının və vətən sevgisinin necə hüdudsuz bir genişliyə qanad açdıgını hiss edəsən”.

Comments are closed.