Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının kitabı gürcü dilində çap olunub. VHP.az-ın məlumatına görə, müəllifin Gəncənin sonuncu xanı- Cavad xana həsr etdiyi “Ölüm zirvəsi” adlı tarixi romanı bu dəfə Gürcüstanın paytaxtı Tiflisdə dərc edilib.

Kitab Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görüb.

Qeyd edək ki, “Ölüm zirvəsi” romanı əsasında “Cavad xan” adlı film çəkilib və dünyanın bir çox ölkəsində nümayiş olunub.

Comments are closed.