Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər özlərini bir daha ifşa etdilər

Sentyabrın 25-də Moskvada keçirilən postsovet respublikalarındakı separatçıların ikinci qurultayında Qarabağ və talış separatçılarının iştirakı və orada verdiyi bəyanatlar Azərbaycan daxilində etirazla qarşılanıb.
Qeyd edək ki, Moskvada anti-Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda “hərəkat”ın lideri Fəxrəddin Aboszada də bu qurultayda iştirak edib.
Bu separatçılar çıxışları zamanı Azərbaycan dövləti əleyhinə ciddi ittihamlar səsləndiriblər. Separatçıları adından Fəxrəddin Aboszodə çıxış edərək guya Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu bir neçə günə Azərbaycanda 30 min talışı qətlə yetirdiyini iddia edib.
Moderator.az-a açqılama verən deputat Fazil Mustafa Nuru Paşanın talış qətliamı törətməsi ilə bağlı səslənən fikirlərin şərəfsizlikdən başqa bir şey olmadığını deyib:
“Ermənilər iddia edir ki, Nuru Paşa 30 min ermənini məhv edib. Təbii ki, bunlar yalan informasiyadır. Nuru Paşa azərbaycanlılara divan tutan silahlı erməniləri məhv edib. Bu isə müharibə şərtlərinə görə doğru bir qərardır. Nuru Paşa gələndə Qafqaz İslam Ordusu adı ilə gəlib. İslam mənsubu olan bir şəxsin məhvə məhkum edilməsi baş verməyib və belə bir tarixi fakt ola da bilməz. Çünki o, islamçılığı, türklüyü qorumaq adına gəlib. Talışlar isə islam mənsubudur. Necə ola bilər ki, Qafqaz İslam Ordusu islam mənsubu olan insanları məhv etsin? Bu, şərəfsiz bir yalandır. Talış xalqının adını bədnam etmək üçün təxribat məqsədi ilə səsləndirilən fikirdir.
Qafqaz İslam Ordusunun məqsədi islam mənsubu olan insanları qorumaq idi. Ermənilər insanları sadəcə türk olduğu üçün məhv etmirdilər. Ermənilər müsəlman olan hər kəsi məhv edirdi. Müsəlmanın isə öz tanıtımı var və onları müəyyənlədşirmək asandır. O zaman ermənilər türkləri, talışları, ləzgiləri bir-birindən seçmirdilər ki?
Bu, o qədər səviyyəsiz və həyasız bir yanaşmadır ki, bundan həmin separatçıların ifşası üçün istifadə etmək lazımdır. Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər. Necə ola bilər ki, islam  mənsublarını qorumaq üçün gələn bir şəxs islam mənsubunu məhv etsin? Bir dənə də olsun belə bir fakt yoxdur. happy wheels demo Əgər bu separatçılar ermənilərin məhvini özləri üçün bir faciə hesab edirlərsə, bunu açıq şəkildə söyləsinlər. Daha talış xalqının adına niyə çıxırlar ki? Bu, talış xalqına edilən bir təhqirdir. Bu separatçıların özlərini ifşa edən bu yalanları geniş şəkildə işıqlandırılmalı və şərh edilməlidir”.
Image result for Samir Əsədli
 
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, əslən Azərbaycanın cənub bölgəsindən olan Samir Əsədli isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda heç vaxt millətlər arasında ayrı-seçkilik olmayıb. Erməni separatçıları istisna olmaqla Azərbaycanda bütün millətlər bir-biri ilə həmişə mehriban dostluq, qardaşlıq şəraitində yaşayıb. Bu gün də belədir: “Rusiyada yaşayan və özünü talış təqdim edən həmin üç nəfəri, əsasən də Fəxrəddin Aboszadəni talış xalqının özü heç vaxt qəbul etməyib. Talışlar bu separatçıya həmişə etiraz ediblər. Fəxrəddin Aboszadə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Özünü talış adlandıran bu separatçı yüzlərlə talışı qətlə yetirən erməni separatçıları ilə tez-tez İrəvanda, işğal altındakı Qarabağda görüşür, Azərbaycan dövləti əleyhinə bəyanatlar səsləndirir. Onun hərəkətləri həm də talış xalqına xəyanətdir. Bunu həmişə ayıq-sayıq olan talış xalqı yaxşı bilir. Həmin separatçıların tutulub qanun qarşısında cavab verməsinin təmin olunmasını dəfələrlə talış xalqının təmsilçiləri də tələb ediblər. Talışlar da yaxşı bilir ki, qurulmasında iştirakçı olduqları Azərbaycan Xalq Cümhuryyətinin paytaxtı Bakı şəhərinin erməni separatçılarından azad edilməsində müstəsna xidmətləri olan Nuru Paşa, Qafqaz İslam Ordusu heç bir dinc sakinə, separatçılıqla, terrorla məşğul olmayan şəxsə qarşı güllə atmayıb. Nuru Paşanı minlərlə talış güllələtməkdə ittiham etmək tamamilə cəfəngiyatdır. Fəxrəddin Aboszadə ermənilərlə əlbir olduğunu bir daha nümayiş etdirir. Fəxrəddin Aboszadə kimi separatçı xəyanətkarlar türk xalqı ilə talış xalqının tarixi dostluğunun arasına girə bilməzlər. Buna nə türk xalqı nə talış xalqı imkan tanımaz”.
S.Əsədli qeyd etdi ki, Azərbaycan hüquq-mühafizə orqanları milliyyətindən asılı olmayaraq separatçılıqla məşğul olan bu cür adamlar barəsində ciddi tədbirlərə başlamalıdır: “Rusiyanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılmalı və Fəxrəddin Aboszadə başda olmaqla digər həmin separatçılar tutulub qanun qarşısında cavab verməlidirlər. Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atmalıdır”.
 
E.SEYİDAĞA

Comments are closed.