Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Tovuz və Qazax rayon təşkilatlarının növbəti hesabat-seçki konfransları keçirilib.

Təşkilatların seçkili orqanlarının hesabatları dinlənilib, hesabatlar ətrafında və təşkilatların fəaliyyətləri müzakirə edilib. Rayon təşkilatlarının fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

Təşkilatlarının yeni Məclis və Nəzarət Təftiş Kimissiyalarına üzvlər, həmçinin VHP-nin növbəti qurultayına nümayəndələr seçilib. Nəsimi Tovuzlu Tovuz, Qoca Qocayev isə Qazax rayon təşkilatına sədr seçilib.

Konfranslarda VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli iştirak edib.

VHPQazax3 VHPTovuz1 VHPTovuz2 VHPTovuz3 VHPTovuz4 VHPTovuz5 VHPQazax1 VHPQazax2

Comments are closed.