Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Suraxanı rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransın işində 67 nümayəndə, Müsavat Partiyasının Suraxanı rayon təşkilatlarının sədri və partiya rəhbərliyi iştirak edib. Konfrans dövlət himninin, VHP marşının oxunması və şəhidlərin xatirəsini yad edilməklə işə başlayıb.

Konfransı təşkilatın Məclis üzvü Rüstəm Fətullayev idarə edib.

Rayon təşkilatının sədri Asif Şəkərli geniş hesabat məruzəsi ilə çıxış edib və bildirib ki, biz Suraxanı rayon təşkilatı olaraq işimizi və fəaliyyətimizi VHP-nin Nizamnaməsinə əsasən qurub, onun Məramnaməsinin prinsiplərini yerinə yetirməyə çalışmışıq. Təşkilat sədri çıxışında rayon təşkilatının seçkili orqanlarının fəaliyyəti, görülmüş işlər, rayondakı ictimai-siyasi vəziyyət və digər məsələlər barədə geniş məlumat verib. Bildirib ki, yerli təşkilatda son bir ildə 90 üzv qəbul edilib, qurum daxilində qadınlar, gənclər, ağsaqqallar və özək təşkilatları fəaliyyət göstərir: “Rayonda baş verən siyasi proseslərə ciddi reaksiya verən müxalif təşkilatlarından biri də bizik. VHP Suraxanı rayon təşkilatı olaraq çalışmışıq ki, rayonun bütün kənd və qəsəbələrində özək təşkilatlarımızı yaradıb, fəaliyyət göstərək”.

A.Şəkərli çıxışının sonunda bildirib ki, biz, VHP-nin Suraxanı rayon təşkilatı olaraq VHP-nin apardığı mübarizənin önündə olacağıq: “VHP-nin cəmiyyətdə tutduğu yol, ideologiya Azərbaycanı qurtuluşa, nicata və milli birliyə doğru aparır. Bizim mübarizəmiz, ideologiyamız və yolumuz haqqa söykənir. Nicatımız Vətəndaş Həmrəyliyindədir”.

Sonra təşkilatın Nəzarət-Təftiş Komissiyasının üzvü Səxavət Rəhmətov da hesabat məruzəsini konfrans iştirakçılarına çatdırıb. Bildirib ki, ötən konfransdan keçən dövr ərzində özək təşkilatlarının yığıncaqları keçirilib. Bütün yığıncaqlar Nizamnaməyə və rayon təşkilatları haqqında Əsasnaməyə uyğun təşkil edilib.

Sonra VHP Ali Məclisinin sədri Rafiq Manaflı, VHP İcra Aparatının rəhbəri Samir Əsədli, VHP sədrinin müavini Arif İsmayılbəyli, VHP MNTK sədri Felmar Ələkbərli, VHP Ağsaqqallar Şurasının sədri Sabir Həsənov, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Ərzulla Buludov çıxış ediblər, ölkədə baş verən ictimai-siyasi olaylara münasibət bildiriblər.

Konfrans iştirakçılarından Qadınlar Şurasının sədri Natəvan Ağayeva, Gənclər Təşkilatının sədr müavini Dilbər Teymurlu, Mədən özək təşkilatının sədri Anar Aslan və digərləri çıxış ediblər, təşkilat sədrinin və NTK-nın hesabatlarını bəyəndiklərini bildirməklə, təşkilatın bundan sonrakı fəaliyyətində yeni dönüşün və yüksək təşkilatşılığın olacağına əminlik ifadə ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. Məclis üzvlüyünə 25 nəfərin, MNT-ya 5 nəfərin və təşkilat sədrliyinə 3 nəfərin namizədliyi qeydə alınıb. Təşkilat sədrliyinə namizədlər Aydın Fərhadov, Rəşad Ömərov və Qamət Rəhmətov, Məclis və NTK üzvlüyünə bütün namizədlər çıxış edib öz platformalarını və fəaliyyət istiqamətləri barədə danışıblar.

Gizli səsvermə ilə Məclis üzvlüyünə 19 nəfər, NTK-ya 3 nəfər və VHP-nin növbəti qurultayına 21 nəfər nümayəndə seçilib. Həmçinin Aydın Fərhadov 28, Rəşad Ömərov 18 və Qamət Rəhmətov isə 21 səs alıb.

Beləliklə, VHP-nin Suraxanı rayon təşkilatına Aydın Fərhadov yeni sədr seçilib.

VHPSuraxani1 AsifSekerli2 RafiqManafli99 ArifIs SamirAsadli222 samirasadli99 ŞəfəqQulusoy SabirHesenov1 sabirHesenov VHPSuraxani4 vhpsURAXANI5 VHPSuraxani6 VHPSuraxani7 VHPSuraxani8 VHPSuraxani9 vhpSuraxaniK VHPSuraxaniKonfrans VHPSuraxani2 VHPSuraxani3 VHPSuraxaniRT sabirHesenov

 

 

Comments are closed.