“Terror və çirkin oyunlarla türkü yolundan və əqidəsindən döndərmək mümkün deyil”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qəbələ rayon təşkilatının Gənclər şöbəsinin təşəbbüsü ilə son günlər Türkiyənin başkəndi Ankarada baş verən terror olayı ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində Xocalı şəhidləri və terrorda şəhid olan soydaşlarımız bir dəqiqəlik sükutla anılıb.

Yığıncağı açıq elan edən VHP Qəbələ rayon Gənclər şöbəsinin sədri İbrahim Türk çıxışında bildirib ki, Türkiyənin bölgədə söz və güc sahibi olması maraqlı qüvvələri narahat edir və son günlər dünyanın anti-türk güc mərkəzləri Türkiyəni hədəf seçib: “Özləri pərdə arxasında qalan həmin güclər əlaltıları olan örgütləri hərəkətə gətirib, çaqqal sürüsü kimi qardaş Türkiyənin üzərinə gedirlər. YPG terror qrupunun Ankarada törətdiyi terror da buna sübutdur. Terror nəticəsində 29 soydaşımız şəhid oldu. Ankarada baş verən hadisə çox iyrənc bir olaydır. Terror, harada və kimin etməsindən asılı olmayaraq, birmənalı surətdə qınanmalıdır. Bu, heç bir halda məqbul hesab edilə bilməz. Bu cür çirkin olaylarla türkü yolundan və əqidəsindən döndərmək mümkün deyil . Türk bu bölgənin sahibi olub, bundan sonra da elə olacaq. Terrordan əziyyət çəkən xalq kimi terrorun acısını yaxşı bilirik. Erməni terroru nəticəsində minlərlə soydaşımız həyatını itirib. Fevralın 26-da Xocalı soyqırımının ildönümü olacaq, bir rayonun sakinlərinin yaşına və cinsinə happy wheels demo baxmadan cəllad sürüsü qətlə yetirib. Bu gün də Xocalı soyqırımı hələ də öz hüquqi qiymətini almayıb”.

Daha sonra tədbir iştirakçılarından Rəşad Hacıyev Xocalı soyqırımı ilə bağlı danışıb və bildirib ki, insanlıq faciəsi olan Xocalı soyqırımında soydaşlarımız xüsusi amansızlıqla qətlə yetiriliblər: “613 soydaşımız qətlə yetirilib ki, onun da 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan idi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb”.

Qəbələ “Qızıl Alma” Millətçi Dərnəyinin təmsilçisi Əlləddin Eyvazlı Suriyadakı Türkməndağı bölgəsində yaşanan olaylar və Suriyadakı soydaşlarımızın durumu və bölgədə baş verənlər barədə məlumat verib. Bildirib ki, Suriyadakı soydaşlarımızın durumu bu gün çox acınacaqlıdır. Rusiya bütün cəhdləri ilə türk ordusunun türkmanlara yardım etməsinə mane olur. Tədbirdə Rusiyanın Ermənistana silah verməsi, Suriyada türkmanların yaşadığı bölgələri bombalaması və bunun nəticəsində mülki əhalinin, türklərin qətliamı qətiyyətlə pislənilib.

vhpqebelegencleri

vhpqebelegencleri2

Comments are closed.