Fevralın 18-də qardaş Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında terror hadisəsi baş verib. Məlumata görə, hərbi maşınların partlaması nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.
Hadisə ilə əlaqədar 2 gündür ki, bir çox partiyalar, təşkilatlar Türkiyənin Bakıdakı səfirliyinin önünə gələrək, qərənfil qoyub, şamlar yandırırlar.
Musavat.com saytı xəbər verir ki, REAL üzvlərinin ardından isə “Nida” Vətəndaş Hərəkatının və VHP-nın bir qrup üzvü səfirliyin önünə gələrək, qərənfil qoyublar, bir dəqiqəlik sükutla həlak olanların ruhunu yad ediblər.
Hadisə ilə bağlı saytımıza açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi icra aparatının rəhbəri Samir Əsədli bunları deyib: “Türk dünyası daha bir faciənin hüznünə qərq olub. Ankarada baş verən terror sıradan bir xəyanət olayı deyil. Bu, hər tərəfdən çaqqal sürüsünün hücumuna məruz qalan qardaş türk dövlətinə növbəti zərbədir. Amma Atatürkün Cümhuriyyəti bunu da keçəcək. Türk dövlətini və millətini əzmək olmaz. Terrorla, zor yolu ilə hələ heç kim türkü öz yolundan döndərə bilməyib. Şəhid olan qardaşlarımıza Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Hamımızın başı sağ olsun!”
Turqut Qəmbər: “Nida” Vətəndaş Hərəkatı adından Türkiyə xalqına başsağlığı veririk. Təbii ki, bu, çox iyrənc bir hadisədır. Terror, harada və kimin etməsindən asılı olmayaraq, birmənalı sürətdə qınanmalıdır. happy wheels demo Bu, heç bir halda məqbul hesab edilə bilməz. Bizə düşən orada vəfat etmiş şəxslərə Allahdan rəhmət diləmək, ailələrinə və Türkiyə xalqına başsağlığı verməkdir. Bu gün də bunun üçün buradayıq”.
Respublikaçı Alternativ Hərəkatının bir qrup üzvü də səfirlik önünə toplaşıb. REAL üzvləri bildiriblər ki,”Türkiyə-Azərbaycan üçün qonşu ölkə olması ilə yanaşı, həmçinin strateji müttəfiqdir, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür”.
Tədbir iştirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.
Məhəmməd Türkmən,
turkiyesefirliyianim turkiyesefirliyianim1 turkiyesefirliyianim2 turkiyesefirliyianim3 turkiyesefirliyianim4

Comments are closed.