resulzadeBu gün Şərqdə ilk Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri olmuş, böyük öndər  Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycan xalqına ilk dəfə müstəqil yaşamaq və dövlət idarəçilik ənənəsini 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə öyrətdi.

ANS PRESS-in məlumatına görə, görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

Böyük vətənpərvərin “Müxəmməs” adlı ilk ədəbi əsəri 1903-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunub. M.Ə.Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o daha çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra siyasi fəaliyyətini genişləndirən dövlət xadimi “Hümmət” sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir.

Rəsulzadə yoldaşları ilə1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. M.Ə.Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə yaradılmış“Müsavat” partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında sədr seçilir.

Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Demokratik Respublikası olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin happy wheels demo il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

M.Ə.Rəsulzadə həyat yoldaşı Vanda ilə1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır.

1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

Məhəmməd Əmin Rəsulzadənin cənazəsiM.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.

 

 

Comments are closed.