VHPGenceResulzadeBu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP Gəncə) şəhər təşkilatının bir qrup üzvü böyük öndər Rəsulzadənin Gəncə şəhərində olan büstünü ziyarət edərib.

Şəhər təşkilatının sədri Asəf Məmmədəliyev bildirib ki, Rəsulzadə Şərqdə ilk respublikanı yaratmaqla, dövlətçiliyimizə misilsiz xidmət göstərib:

“Biz bu gün də onun əsasını qoyduğu dövlətin vətəndaşlarıyıq. Bu dövlətin varlığı Rəsulzadənin və onun silahdaşlarının xidmətidir. Bizlər bu dövlətə sahib çıxmalı və onu göz bəbəyimiz kimi qorumalıyıq”.

Asəf bəy qeyd edib ki, bu büstün üstünü bağlamışdılar və VHP sədri Sabir Rüstəmxanlının bu məsələni ictimailəşdirməsindən sonra büst əvvəlki vəziyyətinə qaytarılıb:

“Rəsulzadə bu xalqın milli-mənəvi sərvətidir, biz Rəsulzadəyə və onun əmanətinə sahib çıxmalı, onu qorumalıyıq. Rəsulzadəyə böhtan və şər yapışmaz. O, Günəşdir və onun şəfəqləri hər zaman bizi aydınlığa aparacaq”.

Comments are closed.