Bu gün VHP Qubadlı rayon təşkilatının növbəti IV konfransı keçirilib.

Konfransın işində özək təşkilatlarından seçilmiş nümayəndələr, partiya MNTK sədri Felmar Ələkbərli, Ali Məclisin katibi Asif Şəkərli, şöbə müdiri Tural Hüseynli, Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı, Qarabağ müharibəsi veteranı Vüqar Məhərrəmli iştirak ediblər.
Konfrans təşkilatın sədri Xasay Vəliyevin hesabatı ilə işə başlayıb.

Rayon təşkilatının sədri seçkili orqanların fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr və ötən konfransdan keçən müddət ərzində görülmüş işlər barədə məlumat verib.

Daha sonra NTK sədri Vaqif Allahverdiyev hesabatında bildirib ki, təşkilat partiyanın Nizamnaməsinə uyğun fəaliyyət göstərib və məramnamədən irəli gələn məsələləri yerinə yetirməyə çalışıb.

Konfrans iştirakçılarından Vüsal İsgəndərov, Zülfiyyə Sultanova, Eynur Vəliyev və Rəhman İmranlı çıxış edərək hesabatlara münasibət bildirib, təşkilatın fəaliyyəti ilə bağlı təkliflərini veriblər.

Konfransda iştirak edən Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı Qubadlı VHP-çilərini təbrik edib və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüb.

VHP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərli partiyanın fəaliyyəti, VHP-nin qurultay hazırlıqları barədə məlumat verib və ölkədəki siyasi proseslər barədə məruzə edib.

Sonda keçirilən səsvermə nəticəsində Xasay Vəliyev yenidən sədr, 13 nəfər Məclis, 3 NTK üzvü və 11 nəfər partiyanın növbəti qurultayına nümayəndə seçilib.

vhpqubadli vhpqubadli1 vhpqubadli2 vhpqubadli3

Comments are closed.