Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Zəngilan rayon təşkilatı və Kəlbəcər rayon təşkilatının qurultay öncəsi növbəti hesabat seçki konfransları keçirilib.

Konfranslarda özək təşkilatlarından seçilmiş nümayəndələr, VHP-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvüləri Samir Əsədli, Tural Hüseynli və şöbə müdiri İsmi Şahzadə iştirak ediblər.

Zəngilan rayon təşkilatının konfrasında Kamil Əliyev geniş hesabat məruzəsi ilə çıxış edib, rayon təşkilatının və onun seçkili orqanların fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra NTK-nın və məclisin hesabatları da dinlənilib.

Sonda təşkilati məsələlərə baxılıb və gizli səsvermə nəticəsində Kamil Əliyev təşkilatın sədri, məclis və NTK üzvləri, partiyanın növbəti qurultayına isə 5 nəfər seçilib.

Kəlbəcər rayon təşkilatının konfrasında təşkilat sədri Firdovsi Şahbazovun hesabatı dinlənilib. Konfrasın gedişində hesabat ətrafında müzakirələr və rayon təşkilatının fəaliyyəti geniş müzakirə edilib və bir sıra qərarlar qəbul edilib.

Sonda təşkilati məsələlərə baxılıb. Ədalət Salahov təşkilatın yeni sədri seçilin. Həmçinin gizli səsvermə nəticəsində təşkilatın məclis, NTK üzvləri formalaşıb və partiyanın qurultayına 5 nəfər nümayəndə seçilib.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədəki ictimai-siyasi məsələlər, partiyanın fəaliyyəti və qurultay hazırlıqları barədə geniş məlumat verib.

vhpkelbecerkonfrans

vhpzengilankonfrans321

vhpzengilankonfrans21

vhpzengilankonfrans1

vhpzengilankonfrans

Comments are closed.