Mühacirətdə olan tanınmış hüquqşünas Əlövsət ƏliyevModerator.az – a açıqlamasında adı dillər əzbəri olan keçmiş MTN şefi Eldar Mahmudovun hələ də həbs olunmaması səbəbləri barədə qənaətini bölüşüb:
“Əvvəla onu bildirmək istəyirəm ki, MTN – də rüşvət, şantaj yolu ilə tələb etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui – istifadə kimi cinayətlər bütün güc strukturlarına xasdır və hər gün törədilən və indi də davam etməkdə olan cinayətlərə aiddir. Konkret bu işə gəldikdə isə Eldar Mahmudov dərhal həbs edilməli idi. Çünki onu həbs etmədən bu cinayət işinin obyektiv, ədalətli və hərtərəfli araşdırılması mümkün deyil. Haqqında söhbət apardığımız cinayətlər Milli Təhlükəsizlik Nazirinin iştirakı, birbaşa göstərişi və ya razılığı ilə törədilib. Bu cinayətlərin istintaqı zamanı cinayətkar qrupun rəhbəri həbs olunmur və ibtidai istintaqa cəlb olunmursa bu, cinayət işinin obyektiv araşdırılmamasının göstəricisidir.
Mənim fikrimcə o aşağıdakı səbəblərə görə həbs edilmir:
1. Milli Təhlükəsizlik Nazirinin həbs olunması Azərbaycanda “manatın günündə” olan hakimiyyətə ciddi zərbə ola bilər, hakimiyyət gülüş obyektinə çevrilə bilər.
2. Eldar Mahmudovla birbaşa əlaqədə olan şəxsin “özünü asması” faktı isə rüşvət və korrupsiya ilə bağlı nazirlikdə törədilən cinayətlərin arxasında daha yüksək vəzifəli və səlahiyyətli şəxsin (lərin) dayandığını göstərir. Onlar hələ ki, Eldar Mahmudovu müdafiə edə bilirlər.
3. Hazırda Mahmudovun və onun yaxınlarının adına olan və onun və ya ailəsinin istifadəsində olan daşınmaz əmlakın başqalarının – ailəyə daha yaxın olan şəxslərin adına keçirilməsi prosesi davam edir və bu daşınmaz əmlak yalnız ölkə daxilində deyil. Eldar Mahmudovun azadlıqda olması bu prosesin davam etməsinə şərait yaradır. Bu və digər səbəblərdən onun barəsində olan cinayət işinə nöqtə qoymaq hələ ki, mümkün deyil”.

Comments are closed.