vhpabsBu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiya sədri Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Castin Krevilenlə görüşüb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə parlament seçkilərindən sonrakı vəziyyət, ölkədəki siyasi durum, bölgədə baş verən hadisələr, xüsusən İran televeziyasının azərbaycanlıları təhqirindən sonra İranda və Güney Azərbaycanda gedən proseslər müzakirə olunmuşdur.
Sabir Rüstəmxanlı İranın rəsmi kütləvi informasiya vasitələrinin vaxtaşırı olaraq azərbaycanlıları təhqir etməsi, həmçinin soydaşlarımızın ana dilində təhsil almasına qoyulan qadağa, İrandakı əhalinin 45 faizindən çoxunu təşkil edən azərbaycanlıların milli-mədəni kimliyinə qarşı yönələn dövlət siyasəti, insan haqlarının kobud surətdə pozulması və s. barədə səfirliyin nümayəndəsinə ətraflı bilgi verib, Dünya Azərbaycanlıları Konqresinin bu məsələdə mövqeyini diqqətə çatdırıb.

Comments are closed.