1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb

 

Bu gün Xankəndinin işğalından Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 22 il keçir. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

Azərbaycanlıların Kərkicahandan çıxması üçün 3 yol var idi: Kərkicahandan birbaşa Şuşaya, Ərminavan ərazisi, Bakı-Xankəndi-İrəvan magistral yolu.

İşğalların bir çoxusunu həyata keçirən 366-cı moto-atıcı alay Kərkicahanla Xankəndinin arasında yerləşirdi. Ərminavandakı binalar isə partladılmış və bina yolun üstünə düşmüşdü. Yol bağlanmışdı. Təkcə yol Bakı-Xankəndi-İrəvan magistralı idi.
Bəzi məlumatlara görə, həmin magistral tərəfdən Ağdam və Xocalı əhalisi köməyə gəlirdilər. Şəhər işğal olunan zaman əsir düşən insanların gözləri, başları və digər yerləri kəsilir. Meyidlər yandırılır və ya itə yem edilir. İnsanların dərisi soyulur və s.

Atışma səhərə qədər davam edir və erməni qüvvələri qalib gəlir. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılır. Şuşa elə bir yerdə idi ki, Xankəndi ovuc içi kimi görünürdü. Kərkicahan Xankəndiyə nisbətən, daha da yaxın idi və ermənilərin texnikası orada idi.
İşğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

İşğal nəticəsində 34 nəfər şəhid olur, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Comments are closed.