İbrahim QULİYEV

Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq nüfuzu və imici diaspor və lobiçilik fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Ölkə iqtisadiyyatının yüksəlişi, Azərbaycanın Avropa məkanına inteqrasiyası respublikamızın mövqelərini getdikcə gücləndirməkdə, onun siyasi və iqtisadi nüfuzunu artırmaqdadır. Son illərdə ölkəmizin nəhəng tədbirlərə ev sahibliyi etməsi də deyilənləri sübut edir. Lakin bütün bunları gözü götürməyən, Azərbaycanın beynəlxalq nüfuzundan əndişələnən qüvvələr heç də əllərini əllərinin üstünə qoyub gözləmir,  fürsət düşdükcə respublikamızın imicinə zərbə vurmaq və Azərbaycan xalqının vəhşi obrazını yaratmaq üçün əllərindən gələni edirlər. Bədxah qonşularımız əllərinə düşən hər bir fürsətdə  Azərbaycanla bərabər Türkiyəni ləkələməyə, onu gözdən salnmağa çalışırlar. Hər il mart ayında ortaya atılan “erməni soyqırımı” iddiasının bu il yüzillik adı ilə xüsusilə qabardılması, hətta Roma papasının, erməni diasporunun xüsusi aktivliyi sayəsində, bu böhtana dəstək verməsi dediklərimizin bariz nümunəsidir. Erməni diasporu son illərdə bir çox ölkələrdə istədiyinə nail olub desək, səhv etmərik: bır sıra Avropa ölkələrinin parlamentlərinin “soyqırımı faktını” tanınması məhz onların fəaliyyəti ilə bağlıdır. Təssüf ki, yalançı, qondarma erməni hay-küyünün müqabilində XX yüzilliyin ən amansız facilərindən biri olan Xocalı müsibətini biz dünyaya tanıtdıra bilməmişik. Türkiyə cümhur başkanının dediyi kimi, Xocalı qətliamının hesabını kimsədən sormamışıq. Doğrudur, son illərdə bu istiqamətdə müəyyən addımlar atılmış, xüsusən də Xocalı faciəsinin anım mərasimlərinin azərbaycanlıların beynəlxalq aksiyasına çevrilməsi yönündə bir sıra işlər görülmüşdür; xaricdə təhsil alan gənclər, ayrı-ayrı ictimai qurumlar, müxtəlif səbəbdən Azərbaycanı tərk etmiş insanlar hər il fevral ayında bu tədbirlərdə iştirak edir, Azərbaycanın haqlarını dünyaya çatdırmağa çalışırlar. Qarabağın Ermənistan tərəfindən işğalı faktının, 1 milyon azərbaycanlının doğma yurdundan didərgin salınmasının, ikili standartlar üzündən haqqın nahaqqa qurban verilməsinin, ümumiyyətlə, Azərbaycanın ikiyə bölünmüş bir xalq olmasının beynəlxalq aləmə çatdırılmasında Dünya Azərbaycanlıları Konqresinin son illərdəki aktiv və davamlı fəaliyyəti xüsusi qeyd edilməlidir. Konqres rəhbərliyi ölkədən-ölkəyə gəzərək dünyaya səpələnmiş azərbaycanlıları azərbaycançılıq- türkçülük məfkurəsi ətrafında toplamağa çalışırlar. Uzaq Avstraliyadan başlamış Avropaya, Asiyadan Amerikaya qədər dünyaya səpələnmiş azərbaycanlıların kooridanisiya olunması müstəqil Azərbaycan Respublikasının beynəlxalq imicinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Bu gün Dünya Azərbaycanlıları Konqresinin hər qurultayı beynəlxalq miqyasda milli birlik, milli həmrəylik günü kimi simvolizə olmaqdadır. Ermənistan, İran DAK-ın qəbul etdiyi qərarlara son dərəcə həssaslıqla yanaşır, onun bir ictimai təşkilat olmasına baxmayaraq, qərarlarının tarixi əhəmiyyətinə xüsusi diqqət yetirirlər. Açığını deyək, dünyanın müxtəlif ölkələrində dünyaya göz açan Azərbaycanlı balalarının Azərbaycanı sevməsı və tanımasında belə təşkilatların əvəzsiz rolu var.. Əlbəttə, Dünya Azərbaycanlıları Konqresinin beynəlxalq nüfuzunun formalaşmasında, onun dünya azərbaycanlıları üçün vahid bir mərkəzə, ocağa çevrilməsində millət vəkili, xalqın sevimli şairi Sabir Rüstəmxanlınının şəxsi nüfuz və əlaqələrinin xüsusi əhəmiyyəti də qeyd edilməlidir. Bütün ömrü boyu Azərbaycan haqlarını dünyada tanıtmağa, dünyaya səpələnmiş azərbaycanlıların hüquqlarını müdafiə etməyə doğru yol gələn S.Rüstəmxanlı həm fərdi, həm millət vəkili, həm də DAK sədri kimi ictimai fəaliyyəti ilə Azərbaycana qarşı düşmən mövqeyində dayanan qüvvələrə qarşı meydan açmışdır. Azərbaycan xalqının parçalanmış xalq olması və İranda türklərinin hüquqlarını pozulması faktlarınınBMT səviyyəsində etiraf edilməsindəDAK sədrlərinin geniş və ardıcıl fəaliyyəti xüsusi rol oynaməşdəır. Sabir Rüstəmxanlınınİran İslam Respublikasının dini lideri Xamneiyə ünvanladığı məktub Güneydəki soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində son illərin ən ciddi addımlarından biri sayıla bilər. Bu gün dünyanın əksər ölkələrində yaşayan azərbaycanlılar DAK-ın ətrafında birləşmək istəyirlər. Daha doğrusu, canında -qanında vətənpərvərlik, milli kimlik duyğusu olan hər bir şəxs S.Rüstəmxanlı və F. Pərvizniyanin rəhbərlik etdiyi bu təşkilatın sıralarında mübarizə aparmağı özü üçün qürur hesab edir desək, səhv etmərik. Məhz bu ruh, bu duyğu  bir vaxtlar DAK adına iddialı çoxsaylı təşkilatların bir araya gəlməsində, bir məqsəd uğrunda mübarizəyə qoşulmasında əsas amil olmuşdur. Tam məsuliyyətlə deyə bilərik ki, indi həm regiondakı, həm də böyük dünyadakı çoxsaylı düşmənlərin qarşısında cəsarətlə söz deyən DAK Azərbaycan diasporunu bir araya gətirə bilən yeganə təşkilatdır. Məhz DAK-ın gündən-günə artan bu nufuzu, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi həm ölkə xaricindəki düşmənlərimizi, həm də daxildəki müəyyən qüvvələri qıcıqlandırmaqdadır. Xüsusən də, DAK-ın ötən ay İstanbulda keçən son uğurlu qurultayından sonra həmin qüvvələr aktivləşməyə başlamışlar və hüquqi statusu olan DAK-ın fəaliyyətini aşağılamaq məqsədi ilə qondarma təşkilatlar düzəldərək ya DAK adı ilə, ya da DAK-ın nümayəndəlikləri adı ilə cəmiyyətə təqdim etməyə, necə deyərlər, dünya azərbaycanlılarını çaşdırmağa çalışırlar. Təbii ki, onlar özlərinə bəraət qazandırmaq üçün müxtəlif uydurmalara əl atır, hətta vaxtilə DAK-da olduqlarını yada salırlar. Hansı bəhanə və arqumenti irəli sürmələrindən asılı olmayaraq onların niyyətləri çirkindir. Əgər bu şəxslər dünya azərbaycanlılarının təşkilatı olmaq istəyirlərsə, niyyətləri düzdürsə, qoy onda gedib başqa bir ad altında fəaliyyət göstərsinlər. Axı beynəlxalq aləmdə tanınmış, nüfuzlu təşkilatlarımız nə qədər çox olsa, məqsədə bir o qədər tez çata bilərik. İranın, Ermənistanın müxtəlif adlar altında fəaliyyət göstərən onlarla təşkilatı var… Demək, bu şəxslərin məqsədi diaspor hərəkatını genişləndirmək, dünya azərbaycanlılarını bir araya gətirmək deyil, əksinə onu zəiflətmək, söndürməkdir. Türkçülükdən dəm vura-vura güneylilərli quzeylilərə qarşı qızışdanlar, İran adını  hallandıra-hallandıra təşkilatlarımıza böhtan ataraq İran molla rejiminin yolunu gedənlər yenə ortadadırlar. İstər-istəməz sual doğur: bu adamlar kimə işləyir, hansı dəyirmana su tökürlər? Təbii ki, Azərbaycana işləmirlər. Üstəlik orası da bəllidir ki, bu şəxslər dəstəksiz, yardımsız fəaliyyət göstərməyə, konfrans keçirməyə qadir deyillər. Niyyəti dünya azərbaycanlılarının hüquqlarını müdafiə etməyə yönəlmiş bir təşkilatı parçalamağa, onu nüfuzdan salmağa onlar cəsarət etməzlər. Önəmli olan onların arxasında kimin və ya kimlərin dayandığıdır.  Ümumiyyətlə, bu ölkədə hər hansı bir monolit, nüfuzlu təşkilat meydana çıxan kimi dərhal ona qarşı kampaniyalar başlanır, o, parçalanana, yüz yerə bölünənə qədər Çünki onlar ın bütün digər diaspor təşkilatlarımıza yanaşma siyasətləri eynidir: Böyütmək əvəzinə xırdala, özündən asılı vəziyyətə sal! əl çəkmirlər… Ancaq bu dəfə onların bu çirkin niyyəti baş tutmayacaq, Bu halda sual oluna bilər ki, biz niyə bu məsələnin üzərində belə geniş dayanırıq? Əgər onlar heç nə edə bilməyəcəklərsə, “… karvanın keçməsi” məsəlini xatırlatmaqla mövzunu qapatmaq olmazdımı? Olardı! Əgər burada dünyada Azərbaycan diasporunu yaratmaq və bir araya gətirmək bir nömrəli vəzifəsi olan dövlət qurumunun əli olmasaydı… Çünki bu bölücü qüvvələr hər yerdə onların arxasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş ürə Dövlət Komitəsinin dayandığını deyirlər. Biz inandıq-inanmadıq, ortada gəzən söhbət belədir! Bəziləri bunun səbəbini hazırda fəaliyyətinin nədən ibarət olduğu bəlli olmayan, lakin dövlət büdcəsindən böyük məbləğdə maliyyə alan Komitənən öz zəifliyini, daha doğrusu fəaliyyətsizliyini ört-basdır etmək üçün DAK-ı nüfuzdan salmaq, bunun müqabilində özü üçün işgüzar fon yaratmaq niyyətində görürlər. Biz bu qənaəti qəbul etməklə yanaşı, məsələnin kökünün daha uzaqlara gedib çıxa bilmə ehtimalından yana narahatlığımızı da qeyd edirik. Məlum məsələdir ki, İran İslam Respublikası DAK-ın fəaliyyətindən, dünyadakı azərbaycanlıların bir araya gəlməsindən hədsiz əndişələnir. Dilini, əlifbasını əlindən aldığı 35 milyonluq Güney azərbaycanlısının Şimaldakı azərbaycanlılarla, o cümlədən dünyaya səpələnmiş Azərbaycan türkü ilə qovuşması molla rejimi üçün ciddi təhlükə deməkdir. Ona görə də İranın hakim dairələri bu xalqı “parçalayıb hökm sürmək” siyasətini həyata keçirmək üçün bütün vasitələrə əl atırlar. Bizim qənaitmizcə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bu gün qondarma “DAK-lara”, daha doğrusu parçalayıcı qüvvələrə dəstək verməsi İran hakimiyyətinin antiAzərbaycan siyasəti ilə üst-üstə düşür. Yəni Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimlərinsə qarşısında öhdəlik götürübmü? Təbii ki, suala birmənalı cavab vermək mümkün deyil. Amma beynəlxalq aləmdə nüfuzu getdikcə artan, bir çox dünya ölkələrinin parlamentlərində Azərbaycan xalqının mötəbər təmsilçisi kimi qarşılanan Dünya Azərbaycanlıları Konqresinə qarşı çıxan qüvvələrə XYDK-nın himayədarlıq etməsini başqa heç cür izah etmək də mümkün deyil. Əslində, sivil dünyada dövlətlərin, hakimiyyətlərin deyə bilmədiyi, lakin xalqın maraqlarını əks etdirən fikirləri ictimai təşkilatlar səsləndirir, dövlət isə onları himayə edir. Çünki dövlətlərin diplomatiyalardankənar bəyanatları beynəlxalq aləmdə birmənalı qarşılanmır, ziddiyyətləri kəskinləşdirir, buna görə də dövlət ictimai qurumların dili ilə danışır. Cənab Nazim İbrahimov məgər bunları bilmir? Bilib bu şəkildə hərəkət edirsə, demək ortada başqa maraqlar və niyyətlər var. Hələ bu niyyətlərin daha uzaqlara, Azərbaycanla açıq-açığına düşmənçilik aparan dövlətlərə gedib çıxa biləcəyini demirik. … Bir sözlə, bu gün Sabir Rüstəmxanlının həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi dünyadakı azərbaycanlıların doğma ocağı, müqəddəs ünvanıdır. Bu təşkilata qarşı yürüdülən açıq və gizli düşmənçilik siyasəti yalnız və yalnız təəssüf hissi doğurur, çünki bu siyasət 50 milyonluq azərbaycanlıya qarşı bir siyasətdir. Bu, Heydər Əliyevin müəyyən etdiyi lobbiçilik strategiyasına qarşı düşmənçilik xəttdidir. Eləysə, bu dövlətin çörəyini yeyib ona arxa çevirənlərə Siz nə ad verərdiniz, cənab Nazim İbrahimov? Biz buna ad tapa bilmirik…

Comments are closed.